Ramil Quliyev ikinci qızıl medalını qazandı

18 may 2017
GLYN KIRK / Baku 2017 / AFP-Services
GLYN KIRK / Baku 2017 / AFP-Services

Bakıda anadan olmuş və hazırda Türkiyəni təmsil edən Ramil Quliyev cümə axşamı kişilər arasında keçirilən 200 m məsafəyə qaçış yarışlarının finalında qızıl medal qazanmaqla öz gücünü yenidən nümayiş etdirdi.

Çərşənbə axşamı keçirilən 100 m məsafəyə qaçış yarışlarında 10.06-ci saniyədə finiş xəttinə birinci çataraq qızıl medal qazanmış, azərbaycanlı Ramil Quliyev 200 m məsafəyə qaçışda finiş xəttinə hamıdan tez, 20.08-ci saniyədə çataraq qalib gəldi.

200 m məsafəyə qaçış yarışları üzrə Avropa Çempionatının gümüş medalçısı bəhreynli Salim Eid Yaqubu qabaqladı. Salim isə finiş xəttinə bir neçə metr qalmış, 2013-cü ildə islamiadanın gümüş medalçısı olmuş qayanalı Vinston Corcu 0,06 saniyə qabaqlayaraq, 20,56 nəticə ilə ikinci oldu.
Özəbkistanlı atlet Nigina Şərifovanı ötərək 23.15-ci saniyədə finiş xəttinə çatıb gümüş medalla mükafatlandırılan Bass 100 m məsafəyə qaçış yarışlarında qızıl medala real namizədlərdən hesab edilirdi. Lakin o, finiş xəttinə 22.95-ci saniyədə çataraq Bəhreynin atletika üzrə beşinci qızıl medalına imza atan güclü Odionqadan geri qaldı.

Rus Jebet 5000 m məsafəyə qaçış yarışlarının finalında Bəhreynə günün ilk qızıl medalını qazandırdı.

Jebet çərşənbə günü 3000 m məsafəyə qaçış yarışlarının finalında Yasəmən Canın kəskin mübarizəsi ilə üzləşsə də, Olimpiya çempionu finiş xəttinə 14 dəqiqə 53.41 saniyədə birinci çataraq türk atleti məğlub etdi.

100 m məsafəyə qaçaraq baryerlərdən tullanma yarışlarında qalib gələn Odile Ahuanvanu İslam Həmrəyliyi Oyunlarında Beninə ilk qızıl medalı qazandırdı.

Türkiyəli atlet Nevin Yanıt Baltacı finiş xəttinə üçüncü çatan malayziyalı Raja Nurşena Azharı 0.14 saniyə geridə qoyaraq, 13.71 nəticə ilə gümüş medala layiq görüldü.

Məhəmməd Tindouft  kişilər arasında 3000 m məsafəyə qaçış yarışlarında Mərakeşə qızıl medal qazandırdı.

Cibutili Məhəmməd İsmayıl gümüş medal qazanaraq Oyunlarda öz ölkəsinin ikinci medalını əldə etdi, türkiyəli atlet Aras Kaya isə bürünc medalla mükafatlandırıldı.

İyirmi yaşlı mərakeşli Mustafa Smaili kişilər arasında 800 m məsafəyə qaçış yarışlarını birinci başa vurdu.

Özbəkistanlı Aleksandr Şveçnikov əlilliyi olan kişilər arasında nizəatma yarışlarında nizəni 70 m məsafəyə ataraq dünya rekordu göstərdi. Bu yarışlarda iranlı atlet Sajad Nikparast gümüş, Seyid Hüseyni Liravi isə bürünc medalla mükafatlandırıldı.

Nadiya Duşanova qadınlar arasında hündürlüyə tullanma yarışlarında 1.80 m nəticə ilə Özbəkistanın ikinci qızıl medalını qazandı. 1.77 m hündürlüyə tullanan əlcəzairli Yusra Arar gümüş, qayanalı Natrena Huper isə bürünc medalla kifayətləndi.

Kişilər arasında çəkiatma yarışlarında üç uğursuz səyindən sonra çəkici 74.32 m məsafəyə tullayan Türkiyə idmançısı Əşrəf Apak öz həmyerlisi Özkan Baltaxcıya qalib gələrək qızıl medalla mükafatlandırıldı.

Türkiyəli atlet Eda Tuqsuz qadınlar arasında nizəatma yarışlarının birinci raundunda nizəni 67.21 m məsafəyə ataraq qızıl medala layiq görüldü. Tuqsuz keçən il Rio Olimpiadasında nizəni 66.18 m məsafəyə atan Sara Kolakın nəticəsinə yaxınlaşdı.

Qadınlar arasında uzağa tullanma yarışlarında qələbə qazanan Tahani Romas Belabidin Əlcəzairin atletika üzrə ilk qızıl medalına imza atdı. 6.33 m məsafəyə tullanan çempion, 6.30 m nəticə göstərən indoneziyalı Mariya Londanı qabaqladı. Kamerunlu Marilin Sarah Nqo Nqoa isə bürünc medalla kifayətləndi.

Paralimpiyaçı kişilər arasında 100 m məsafəyə qaçış yarışlarının finalını qələbə ilə başa vuran Nurlan İbrahimov Azərbaycanın atletika üzrə səkkizinci qızıl medalına öz adını yazdırdı.

Nurlan İbrahimov finiş xəttinə 11.60-cı saniyədə çataraq həmyerlisi Elçin Muradovu qabaqladı. İranlı atlet Araş Xosravi isə bürünc medalla kifayətləndi.

© AFP Services


Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR