Rafael və Coşqun

Rafael: İslam Həmrəyliyi Oyunlarının dəyərləri arasında "birlik"i seçirəm – hər kəs çəkici bir yerə vurası olsa, bütün dəyərlər onun içinə sığar. Həm də ki, İslam özü hər kəsi birliyə, vəhdətə dəvət edir.

Coşqun: Mükəmməllik – çünki onun içərisində həm “Sülh”, həm “Birlik”, həm də “Hörmət” var. Coğrafi cəhətdən kiçik ölkədə yerləşsək də, İslam Oyunlarını keçirməklə çox böyük məsuliyyəti öz üzərimizə götürürük. Və bunun öhdəsindən layiqincə gələcəyik.

Rafael İsgəndərov

Rafael İsgəndərov 1972-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakıda 201 saylı orta məktəbinə daxil olub və oranı əla qiymətlərlə bitirdikdən sonra "Azərbaycan Dövlət Universiteti"nin "Mədəniyyət və İncəsənət" fakultəsinə daxil olub. Aktyor geniş tamaşaçı kütləsinə daha çox "Bu şəhərdə" layihəsindən tanışdır. Aktyor 2014-cü ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist adına layiq görülüb.

Coşqun Rəhimov

Coşqun Rəhimov 1972-ci il, dekabrın 8-də anadan olub. Həmkarı Rafael İsgəndərov ilə birlikdə "Bu Şəhərdə" adlı komediya teatrının qurucuları hesab olunurlar. Aktyor 2014-cü ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist adına layiq görülüb. 2000-ci ilin noyabr ayında “Bu şəhərdə” RTR kanalında yayımlanan “Qorodok” verilişinin prototipi kimi yaranmışdır. Daha sonra “Bu şəhərdə”nin formatı dəyişdirilərək konsert formatına və sırf müəllif ssenarisinə keçirilmişdir.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR