Oyunlar 34 ölkədə yayımlanacaq

12 aprel 2017

12 aprel tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə  Oyunların təbliğatını yayımlamaq hüququ əldə edən 34 ölkənin yayım şirkətləri arasında razılıq əldə olunub. Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən bütün yayım şirkətləri aşağıda qeyd olunan tədbirlər əsnasında oyunlarla əlaqədar eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar:

- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması;
- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;
- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması;
- Oyunlar haqqında iki saatlıq proqram.

Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.

TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) - qarşısında oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb.

TV Media Sport şirkətinin prezidenti Hedi Hamel bu razılıq haqqında danışaraq deyib: "Beynəlxalq idman tədbirlərinin diversifikasiyası (şaxələnməsi) hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. Bakı 2017 IV İslam Həmrəyliyi oyunları  bu strategiyamızın mükəmməl təcəssümü olacaq".

Bundan əlavə, Bakı 2017 Türkiyənin aparıcı yayım TV-si TRT ilə müqavilə imzalayıb. Oyunların işıqlandırılması Surinam və Qayanada İP vasitəsilə, ATV və Milli Rabitə Şəbəkəsi tərəfindən yayımlanacaq.

Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR