Mirələm Mirələmov

"İslam Həmrəyliyi Oyunlarının səfiri olmaq mənim üçün ikiqat məsuliyyətdir. Sənət adamı kimi çox çalışıram ki, muğam sənətimizi peşəkar səviyyədə, hər incəliyinə kimi xarici ölkələrdə tanıdım. Ölkəmizi, dəyərlərimizi, ənənələrimizi, mədəniyyətimizi bu cür önəmli tədbirdə tanıtmaq isə daha çox məsuliyyət tələb edir. Həm də səfirlər üçün qeyd olunan proqram çərçivəsində insanlarla görüşümüz, mənim ilk müəllimlik təcrübəm, mühüm xeyriyyə tədbirləri nəzərdə tutulub. Hər kəsi örnək sayılacaq tədbir gözləyir!"

1988-ci il, noyabrın 4-də Şamaxıda dünyaya gəlib. Ata, ana, 1 qardaş və 2  bacısı var. Valideynləri hazırda təqaüddədirlər. Uşaq vaxtı dini musiqilər oxuyub. Ailəsi onun istedadının olduğunu hiss edəndə onu Şamaxıda musiqi məktəbinə yazdırdılar. Valideynləri ona bu sənətlə məşğul olmağı üçün hərtərəfli dəstək oldular. 9-cu sinifdən Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldu. Muğam müsabiqəsinə 2011-ci ildə sənədlərini göndərdi və nəticədə qalib oldu. Bunun ardınca III Beynəlxalq Muğam Müsabiqəsində qalib oldu. Hazırda Nyu-Yorkda fəaliyyət göstərən Mark Morrisin qrupu ilə birlikdə layihə üzərində işləyir. Muğamın sərhədləri bu cür aşmasını dəstəkləyir və çalışır ki, müxtəlif formalarda onun təbliği ilə məşğul olsun.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR