İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü

16 may 2017

Ev sahibi Azərbaycanın və Türkiyə idmançılarının medallar cədvəlinə tam hakimlik etdiyi əvvəlki günlərdən fərqli olaraq, çərşənbə axşamı günü digər ölkələr də İslam Həmrəyliyi Oyunlarından qənimət götürə bildilər.

İki ölkənin nümayəndələri ötən günü yenə də rəqib 52 ölkədən öndə tamamladılar. Lakin ən azından cədvəldə üzgüçülük və atletikada qazanılan medallarda başqa ölkələrin də payı var.

Buna daha çox Oyunların möhtəşəm Açılış Mərasiminin keçirildiyi Bakı Olimpiya Stadionu şahid oldu.

Azərbaycan mümkün 10 qızıl medaldan dördünü qazansa da, Afrika ölkələri Seneqal, Qambiya və Mərakeşin də payına bir neçə medal düşdü.

Türkiyəni təmsil edən Ramil Quliyev yarışın əvvəlki favoriti Femi Oqunodeni qabaqlayaraq kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalında stadionu qələbəsi ilə lərzəyə gətirdi.

R.Quliyev atletika yarışlarının birinci günündə səhər sessiyasında orta nəticə göstərməklə finala çıxmasına baxmayaraq, Olimpiya Stadionunda həlledici anda 10,06 saniyəlik müddətdə finiş xəttinə çatıb qızıl medala sahib oldu.

Asiya Oyunlarının və Asiya Çempionatlarının qalibi Oqunode yarışdan əvvəl Useyn Boltun dünya rekordunu təzələmək arzusunda olduğunu bildirsə də, yarış axşamı medal qazanmaq şansı yüksək olan qətərli rekordçu üçün çətin oldu və o, finiş xəttinə birinci çata bilmədi.

Qambiyalı sprinter Cina Bass qadınlar arasında 100 metr məsafəyə qaçış yarışının finalında özbəkistanlı Niqina Şaripovanı geridə qoyaraq 11,56 saniyəlik göstərici ilə qızıl medal qazandı.

Şəxsi rekordu 11,51 saniyə olan Bass yarışın vaforiti sayılırdı. O, finalda şəxsi rekorduna çatmasa da, sürətli Şaripovanı fəxri kürsünün ikinci pilləsinə endirə bildi.

Ağırlıqqaldırma yarışlarında üç qızıl medal Misir, İraq və İran qazandı, atıcılıq yarışlarında isə İrana iki, Səudiyyə Ərəbistanına isə bir qızıl medal təqdim edildi.

Bununla belə, üzgüçülük yarışlarında azərbaycanlılar və türklərin liderlik tendensiyası davam etdi.

Maksim Şemberov Oyunlarda üçüncü və dördüncü qızıl medallarını qazanaraq Azərbaycanı üzgüçülük üzrə medal cədvəlində ikinci yerə yüksəltdi.
Türkiyənin komandasının uğurlu çıxışı Bakı Su İdmanı Sarayında keçən gərgin gündə türk idmançıların doqquz finaldan altısında qələbə çalması ilə davam etdi.

İran taekvondo yarışlarının birinci günündə iki medal qazandı.

Bakı İdman Sarayında qadınların 46 kq çəki dərəcəsinin finalında, 2011-ci il Dünya çempionatının bürünc medalçısı Rukiye Yıldırım gənc Din Facrinlə mübarizənin son dəqiqələrində ona üstün gələrək Türkiyənin taekvondo üzrə ilk qızıl medalını qazandı.

İranlı Nahid Kyaniçande yeniyetmə Zeliha Aqrisin Türkiyənin taekvondoda ikinci qızıl medalını qazanmasına mane olaraq 53 kq çəki dərəcəsinin finalında qələbəyə nail oldu.

Azərbaycan taekvondoçusu Yaprak Eris 57 kq çəki dərəcəsində qızıl medal qazandı. 54 kq çəki dərəcəsində isə iranlı Mahdi Eşagi böyük fərqi aradan qaldıraraq yerli idmançı Qasım Maqomedova qalib gəldi və İrana bu növdə ikinci qızıl medalı qazandırdı.

Özbəkistanlı Niyaz Pulatov isə finalda rəqibi Omar Lakehola qalib gələrək 58 kq çəki dərəcəsində günün sonuncu medalını qazandı.
 
© "France-Presse" agentliyi

Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR