“Bakı-2017”: mayın 16-nın mübarizə panoramı

16 may 2017

Əksəriyyətin “Bakı-2017”nin favoriti saydığı qatarlı Femi Ogunode zəif nəticə göstərəndən sonra kişilərin 100 metr məsafəyə qaçış yarışında əslən azərbaycanlı olan Türkiyə idmançısı Ramil Quliyevin qalib gələcəyinə inam artdı.

Türkiyəli atlet yarımfinalın ən sürətli idmançılarından olan Bəhreyn təmsilçisi Endryu Fişeri geridə qoyub 10.16 saniyə nəticə ilə finişə birinci çataraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazandı. Finişi 10.35 saniyəyə keçən Oman atleti Bərəkət Əl Harti bürünc medala yiyələndi.

Bir vaxtlar Useyn Boltun dünya rekordunu qırmaq arzusunda olduğunu deyən Asiya Oyunlarının qalibi, Asiya çempionu Femi Ogunode 11.46 nəticə ilə yalnız 7-ci oldu.

Qadınların 100 metr məsafəyə qaçış yarışında isə Qambiya idmançısı Gina Bass qalib gəldi – o, finişə 11.56 saniyəyə çatdı. Özbəkistanlı Nigina Şaripova 2-ci, türkiyəli Mizgin Ay 3-cü nəticə göstərdi.

Kişilərin 500 metr məsafəyə qaçışı Mərakeş idmançısı Yunus Essalhinin qələbəsi ilə başa çatdı – məsafəni 13 dəqiqə 27.64 saniyəyə qət edən atlet son anda komanda yoldaşı Soufiyan Bouqantarı qabaqladı. Bürünc medala isə Azərbaycan idmançısı, Avropa Oyunlarının qalibi Hayle İbrahimovla mübarizəsən qalib ayrılan Djiboutili Mohamed İsmayıl yiyələndi.

Qadınların üç təkanla uzunluğa tullanma yarışında qızıl medalı 13.05 metr nəticə göstərən Seneqal idmançısı Kandji Qilk qazandı. Gümüş medala Kamerun atleti Joelle Mbumi Nkouindjin tutdu – o, 12.84 metr uzunluğa tullandı. Avropa Oyunlarının bürünc mükafatçısı, Azərbaycan idmançısı Yekaterina Sarıyeva 12.81 metr göstərici ilə İslam Həmrəyliyi Oyunlarında da analoji uğuru təkrarladı.

Mayın 16-sı Azərbaycan komandası üçün uğurlu oldu – təşkilatçı ölkənin təmsilçiləri 4 dəfə fəxri kürsünün qızıl pilləsinə qalxdılar. Onlardan biri çəkicatma yarışında çıxış edən Hanna Skidan 75.29 metr göstərici ilə Oyunların qalibi adını qazandı. 67.41 metr nəticə ilə Türkiyə atleti Kıvılcım Kaya Salman 2-ci, Mərakeş idmançısı Soukaina Zakkour (63.10 metr) ) 3-cü yeri tutdu.

Təşkilatçı ölkənin idmançıları digər 3 qızıl nedalı paraatletlərin yarışında əldə etdilər. Kürəatmanın ayrı-ayrı növlərində Samir Nəbiyev və Olaxan Musayev, həmçinin qısa məsafəyə qaçış yarışında Yelena Çebanu “Bakı-2017”nin qalibi oldular.

© Frans Press Agentliyi

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR