Futbol üzrə Azərbaycan yığması müəyyənləşdi

1 may 2017

Bildiyiniz kimi, May ayının 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına az qaldığı bir vaxtda idman qurumları, Federasiyalar ciddi şəkildə hazırlıq işini davam etdirir. Ən əsası odur ki, Oyunlar üçün güclü heyəti artıq müəyyənləşdiriblər.

Beləliklə,  İslam Həmrəyliyi Oyunlarında  iştirak edəcək - 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti ilə sizi tanış etmək istəyirik:
Siyahıya yekun olaraq  23 nəfər daxil edilib. Oyunçuların əksəriyyəti Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünün qalibi Ağdamın “Qarabağ” komandasının üzvləridir.

“Bakı-2017”də millimizin şərəfini qapıçılar: Emil Balayev (“Səbail”), Şahrudin Maqomedaliyev (“Qarabağ”), Tərlan Əhmədli (“Sumqayıt”), müdafiəçilər: Məqsəd İsayev, Ruslan Abışov, Rahil Məmmədov (hamısı “Neftçi”), Yusif Nəbiyev, Azər Salahlı (hər ikisi “Sumqayıt”), Tellur Mütəllimov (“Qəbələ”), Adil Nağıyev, Sadiq Quliyev (hər ikisi “Zirə”), yarımmüdafiəçilər: Fəhmin Muradbəyli (“Neftçi”), Mirabdulla Abbasov (“Sumqayıt”), Elşən Abdullayev, Coşqun Diniyev (ikisi də “Qarabağ”), Rəşad Sadiqov, Elvin Camalov (hər ikisi “Qəbələ”), Vüqar Mustafayev (“Zirə”), Azad Kərimov, Orxan Əliyev (hər ikisi “Kəpəz”), Elnur Cəfərov (“Duqopolye” Xorvatiya) və hücumçular: Mahir Mədətov, Ağabala Ramazanov (ikisi də “Qarabağ”) qoruyacaqlar.

Yeri gəlmişkən, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında səkkiz yığma komanda mübarizə aparacaq. “A” qrupunda yarışacaq millimiz mayın 8-də “Bayıl Arena”da Kamerun, mayın 11-də Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaq.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR