Fəridə Əzizova

"1995-ci il 6 iyunda Qusarda dünyaya gəlmişəm. Orta təhsilimi Qusarda almışam, sonra Qubada Dövlət Sosial İqtisadi Kollecini bitirmişəm. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıram".  

Fəridə Əzizova birinci uğurunu 2007-ci ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində qazandı. O, gənclər arasında Avropa çempionatının bürünc medalına sahib çıxdı. 2008-ci ildə isə idmançı yeniyetmələr arasında dünya çempionu oldu. Növbəti il isə Fəridə Serbiyanın paytaxtı Belqrad şəhərində gənclər arasında Avropa çempionatında qızıl, Trilleborq şəhərində yeniyetmələr arasında Avropa çempionatında isə bürünc medal qazandı. 2012-ci ildə o həmçinin Yay Olimpiya Oyunlarında lisenziya xarakterli yarışın qalibi oldu və London Olimpiya Oyunlarına vəsiqə qazandı. Qeyd edək ki, Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taekvondoçudur. 

Fəridə Əzizova 2013-cü ildə Puebla şəhərində keçirilən dünya çempionatında və 2014-cü ildə Bakı şəhərində Avropa çempionatında bürünc medal qazanıb. O həmçinin “Bakı-2015” Avropa Oyunlarında gümüş medal qazanıb.

Fəridə Əzizova 29 iyun 2015-ci ildə “Bakı-2015” Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

İdman növü: Taekvondo
Doğulduğu yer: Qusar
Yaş: 21
Boy: 1.74
Çəki: 67 kq

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR