Diskatma yarışlarının qalibi müəyyənləşdi

16 may 2017

İraq atleti Mustafa Əlsaamah yüngül atletika yarışlarının ilk gününü qızıl medalla bitiridi.

Diskatma yarışı Bakı Olimpiya Stadionunda keçirildi. Çempioluq uğrunda əsas mübarizə Asiya Oyunlarının qalibi, İran idmançısı Ehsan Hadadi ilə iraqlı Mustafa Alsaamah arasında getdi. 21 yaşlı Mustafa beşinci cəhddə 60.89 metr nəticə ilə 35 sm fərqlə üstünlüyü ələ aldı. Hadadi isə son cəhdində diski yalnız 58.70 metr uzağa atdı və bununla da Alsaamahın çempionluğunu rəsmiləşdirdi.

Şəxsi rekordu 65.52 metr olan Səudiyyə Ərəbistanının idmançısı Sultan Aldavodi isə bu dəfə 58.63 metr nəticə göstərdi ki, bu da ancaq bürüncü qazanmağa kifayət etdi.

Paraatletika yarışlarında iştirak edən kişi idmançılar arasında kürəatmada Azərbaycan nümayəndəsi isə Samir Nəbiyev 13.95 metr nəticə ilə bütün rəqiblərindən yüksək nəticə göstərərək Oyunların qalibi oldu. Gümüş medala iranlı Cavid Ehsani Şakib (13.74 m) yiyələndi, onun komanda yoldaşı Cavad Dalakeh isə (13.06 m) bürüncə sahib çıxdı.

Kişilərin 100 metr məsafəyə qaçış yarışlarında Asiya çempionu, Asiya Oyunlarının qalibi, Qatar idmançısı Femi Oqunede finişə 10.28 saniyəyə çatmaqla qalib gəldi.

© Frans Press Agentliyi

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR