Azərbaycanın kişi həndbolçuları turnirdə beşinci olublar

12 may 2017

Mayın 12-də “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 5-6-cı yerlər uğrunda görüşdə Azərbaycan və Mərakeş milli komandaları qarşılaşıblar.

Rəqibinə 31:25 hesabı ilə qalib gələn Azərbaycan həndbolçuları İslamiadada beşinci yeri tutublar. Mərakeş kollektivi isə altıncı olub.

Görüşün sonlarını komandamız azlıqda keçirməli olub. Belə ki, qarşılaşmanın 20-ci dəqiqəsində Dalibor Sukic qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev 10 qolla matçın ən məhsuldar oyunçusu olub.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyun rumıniyalı hakimlər tərəfindən idarə olunub.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR