Azərbaycanın hədəfi birinci yerdir

11 may 2017

Azərbaycan rəsmiləri Cümə axşamı çıxışlarında qeyd edib ki, onlar ev sahibinin 4-cü İslam Həmrəyliyi Oyunlarını medallar cədvəlinin ilk pilləsində tamamlayacağına ümid edir.

Oyunların rəsmi açılışına Cümə günü paytaxt Bakı şəhərində Xəzər dənizinin qərb sahilində start veriləcək. 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarında medalların sayına görə ikinci yer tutan ev sahibləri bu Oyunlarda birinci yerə layiq görülməyi qarşısına məqsəd qoyub.

"İslam ölkələri idman və yüngül atletika baxımından hələ də öz sözünü deməyib. Avropa Oyunlarında hədəfimiz üçüncü yer idi. Bu oyunlarda isə birinci yer uğrunda mübarizə aparırıq." – deyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışı zamanı qeyd edib.

Azərbaycan Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarında gözləntiləri üstələyərək 21 qızıl medal qazandı və 79 qızıl medal qazanan Rusiyadan bir addım geridə qaldı.

Lakin Hüseynzadə bildirib ki, əgər Azərbaycan atletləri gücünü dünyada tanıtmaq istəyirsə, onlar daim öz üzərində çalışmalıdır.

"Biz Azərbaycanda idmanı daha da inkişaf etdirməliyik. Biz məşqçiləri və atletləri bir araya gətirərək iştirak səviyyəsini yüksəltməliyik." – deyə Bakıda keçirilən mətbuat konfransında Çingiz Hüseynzadə əlavə edib.

İslam Həmrəyliyi Oyunlarına son zərbə üç ölkənin - Liviya, Küveyt və Sudanın Oyunlardan imtina etməsindən sonra dəydi, belə ki, iştirakçı ölkələrin sayı 57-dən 54-ə endi.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov bu ölkələrin Oyunlardan imtina etməsindən məyus olduğunu ifadə etdi, lakin Cümə axşamı Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin həyəcanına diqqəti cəmləmənin zəruriliyini vurğuladı.

"Biz bütün ölkələrin atletlərinin lazımi səviyyədə yerləşdirilməsi üçün müvafiq tədbirlər görmüşük. Biz üç ölkənin Oyunlardan geri çəkilməsinə görə məyusuq, lakin onların qərarlarına hörmət edirik."

"Biz çox həyəcanlıyıq. Bakı hazırdır" deyə cənab Rəhimov əlavə edib.

Oyunların rəsmi açılışından əvvəl həftənin əvvəlində həndbol və futbol yarışlarına start verilib.

Rəsmilər bütün biletlərin satıldığını iddia etsə də, hər iki yarışda azarkeşlərin sayının seyrək olduğu açıq-aşkar sezilirdi.

Futbol Azərbaycanda çox məşhur idman növüdür, lakin 0-0 hesabı ilə başa çatan Azərbaycan-Kamerun qarşılaşmasında Bayıl Arenada çox az azarkeş var idi.

"Qarşıda çoxlu futbol yarışları olacaq, ona görə də ola bilsin ki, insanlar birinci oyuna gəlməmək qərarına gəlib" deyə cənab Rəhimov izah edib. "İzdiham o vaxtdan etibarən getdikcə artır" deyə o, əlavə edib.

54 iştirakçı ölkədən 44-ü rəsmi şəxslərlə birlikdə hazırda Bakıdadır və növbəti 24 saat ərzində digər səkkiz komanda da Atletlər Kəndinə yerləşəcək.

Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR