Azərbaycan və Türkiyənin qələbəsi hamıda sevinc hissi oyadır

9 may 2017

Azərbaycan və Türkiyə İslam Həmrəyliyi Oyunlarının açılış mərasimindən əvvəl keçirilən həndbol yarışlarını qalibiyyətlə başa vurub.

Ev sahibi Oleq Georqiyevskinin vurduğu 10 qol, Maksim Butenkonun isə vurduğu 11 qol sayəsində Pakistanı 43-26 hesabı ilə məğlub edib.

Azərbaycan günün əvvəlində titul sahibi olan Əlcəzair komandasını 26-13 hesabı ilə məğlub edən Səudiyyə Ərəbistanı ilə birgə A Qrupuna başçılıq edir.

Yalnaşı 21-dən yuxarı olan bir oyunçunun yer aldığı fenek komandası çox gənc idi və böyük təcrübəyə malik olan ərəblər oyunda üstünlüyü ələ alaraq məğlub olmaq təhlükəsi ilə üzləşmədi.

Səudiyyə Ərəbistanın baş məşqçisi Nenad Kljaik öz çıxışı zamanı qeyd etdi: "Nəticələr bəlli olan zaman mənim üçün əsas məsələ oyunçuların bütün 60 dəqiqəni oynamamasına əmin olmaqdır".

"Əlbəttə ki, mən oyunun nəticəsi və göstərdiyimiz oyunun səviyyəsindən razıyam. Həm Əlcəzair, həm də bizim komanda güclü heyətlə gəlməyib, lakin biz oyundan əvvəl bir təlim məşq sessiyası keçmişik” deyə o, əlavə edib.

Günün əvvəlində B Qrupunda yer alan Türkiyə və Mərakeş arasında keçirilən görüş 27-24 hesabı ilə Türkiyənin qələbəsi ilə başa çatıb.

"Bu məğlubiyyəti qəbul etmək bizim üçün həqiqətən çox çətindir. Biz oyuna çox pis başladıq və əlverişli imkanlardan yararlana bilmədik. Komandamız sadəcə olaraq çoxlu səhvlər etdi" deyə Mərakeş komandasının baş məşqçisi Mustafa Əl Çəhəb öz çıxışı zamanı qeyd edib.

"Lakin bu, 2016-cı il Afrika Xalqlar Kubokunun bitməsindən sonra 14 ay ərzində ilk oyunumuz idi.

"Biz peşəkar oyunçuları gətirmədik və fikirləşdik ki, gənc oyunçular özlərini yüksək səviyyədə sübut edə bilər" deyə o, komandasının mərkəz müdafiəçi Onur Ersin tərəfindən vurulan altı qol, sol müdafiəçi Baran Nalbantanoğlu tərəfindən vurulan dörd qol ilə məğlub olmasından sonra izah edib.

Günün son oyununda İraq komandasının uğurlara imza atmış sağ qanadı və xalqın favoriti olan Naser Baderaldenin birinci taymda vurduğu qollar İraqın 37-15 hesabı ilə İordaniya üzərində qələbə qazanmasına kömək etdi.  

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR