Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir

14 may 2017

Azərbaycan və Türkiyə idmançıları ilk yarış günü 30 qızıl medaldan 20-ni qazanmaqla IV İslam Həmrəyliyi Oyunlarında liderliyi ələ alıblar.

Builki Oyunlarda ən böyük heyətlə iştirak edən komanda Türkiyədir – onlar 388 idmançı ilə təmsil olunurlar. Bu mənada, ikinci sırada təşkilatçı ölkə Azərbaycandır ki, startda 10 qızıl medal qazanıb.

Ev sahibi daha 9 gümüşə yiyələnməklə medalların keyfiyyətinə görə günü Türkiyədən öndə yekunlaşdırıb. Lakin medalların ümumi sayında vəziyyət türklərin xeyrinədir – onlar ilk yarış günündə 27, Azərbaycan idmançıları isə 22 dəfə fəxri kürsüyə qalxıblar.

Əlcəzair, İran və İordaniya yığmaları günü 2, Özbəkistan və Misir komandaları isə 1 qızıl medalla başa çatdırıblar.

Bakı Su İdmanı Mərkəzində keçirilən üzgüçülük yarışlarında Türkiyə idmançıları, rəqiblərinə meydan oxuyub. Onlar, 5-i qızıl medal olmaqla, ümumilikdə 9 medal qazanıblar. 2013-cü il İslam Həmrəyliyi Oyunlarında yalnız Malayziyadan geri qalan türklər bu dəfə aşkar favorit olduqlarını sübut edirlər.

"Biz ən azı 10 və ya 11 medal gözləyirdik", - deyən komandanın baş məşqçisi Aykut Çelik daha sonra bildirib: "Məqsədə tam çatmağımıza bəzi problemlər səbəb oldu. Oyunların proqramına daxil olan digər növlərlə müqayisədə üzgüçülük yarışlarında daha bacarıqlı olduğumuzu bilirik. Ona görə çalışırıq ki, bu növdə daha çox fərqlənib komanda yoldaşlarımızı sığortalayq".

Türklər atıcılıq yarışlarında 4 qızıl medaldan 2-ni qazanıb ki, onların da 1-i pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışında mübarizə aparan Ömər Akgünün hesabındadır. Bu, həm də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan ilk qızıl medal idi.

Azərbaycan komandası bədii gimnastika yarışında 1-ci yeri tutub, eləcə də 5 dəfə dünya çempionu Rəfael Ağayevin liderlik etdiyi karate yarışlarında 6 çempionluqdan 2-nin ünvanı olub.

32 yaşlı Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin və böyük tamaşaçı kütləsinin qarşısında yüksək peşəkarklıq nümyiş etdirib.

Cüdo yarışlarında da yüksək ustalıq nümayiş etdirən Azərbaycan tatami ustaları 9 qızıl medaldan 6-nı qazanıblar.

İndoneziya ağırlıqqaldıranları 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, medal saylarını 4-ə çatdırıblar.

Bakı yarışlarında ulduzu parlamış 4 idmançı
Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR