Azərbaycan və Kamerun komandalarının maraqlı görüşü

8 may 2017

Bakının ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunlarına bir neçə gün qalmış Azərbaycanla Kamerun  futbol turnirinin açılış mərasimində üz-üzə gəldilər və oyun 0-0 hesabı ilə başa çatdı.

Kamerunun növbəti rəqibi Səudiyyə Ərəbistanını 1-0 hesabı ilə məğlub edən Mərakeş olacaq.

Frank Bagnak və Mişel Vailant qardaşları meydanın hər iki tərəfində yüksək səviyyəli oyun nümayiş etdirdi. Barselona Futbol Akademiyasının dərəcəsinə layiq görülmüş müdafiəçi Frank oyunda öz şücaəti ilə fərqlənirdi. O, komandasını hücuma keçməyə həvəsləndirirdi.

Kamerun Frantz Pangop Tchidjui, Pierre Kunde Malong və Jean Nicolas Abanda Koa ilə qələbə qazanmağa çalışsa da, lakin vurulan toplar qapıya yol tapmadı.

Lakin Ağabala Ramazanov rəqibin müdafiəsini yararaq, onun qapısına bir neçə zərbələr endirdi.

Kamerun oyunçusu Serqe Yvan Ekollu Malolo isə fasilədən yaranan gözəl fürsətdən yararlana bilmədi.

Yarımmüdafiəçi Kunde Malonq rəqib komandanın qapısına güclü zərbə endirsə də, qapıçı Şaxrudin Maqomedəliyev bu zərbənin qarşısını məharətlə ala bildi.

Bayıl meydanında Simon Lotin yüksək səviyyəli oyun nümayiş etdirdikdən 20 dəqiqə sonra, Mahir Mədətov və Vüqar Mustafayevin ardıcıl hücuma keçdi və yerli azarkeşlər “Azərbaycan” şüarları ilə oyunçulara dəstək verdi.

Oyunun son dəqiqələrində Ekollo Malolo və Jef Nqoqanq da bir neçə hücuma keçsələr də,  onların bu hücumları da uğursuz oldu.

Kamerun növbəti oyunlarda Mərakeşlə, Azərbaycan isə Səudiyyə Ərəbistanı ilə üz-üzə gələcək.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR