Xocalı soyqırımı keçən əsrin qara səhifəsidir

27 fevral 2017
IBRL2510.jpg IBRL2495.jpg IBRL2480.jpg IBRL2469.jpg

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Xocalı soyqırımı nəticəsində 63- uşaq, 106- qadın, 70- qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76 uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir düşüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Ölkəmizin hər yerində olduğu kimi, Bakımızda da hər il olduğu kimi, bu il də xalqımız qanlı olayın 25-ci ildönümünü dərin hüznlə qeyd etmək üçün Xətai rayonunda yerləşən Ana Fəryadı abidəsi önündə bir araya gəldi. Onların arasında 4-cü İslam Həmrəyliyi Oyunlarının işçi heyəti və könüllüləri də var idi. Könüllülərin devizi: “Hər kəs bu gün Xocalını yada salmalıdır. İllər öncə törədilən bu cinayətə heç kəs biganə qalmamalıdır.” 

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.  Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul etmişdir.
Yeri gəlmişkən, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verildi. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlara həkk olunması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Nizami Kino Mərkəzində “Sonsuz dəhliz” sənədli filmi nümayiş olundu. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və digər qurumların nümayəndələri filmi seyr etdilər.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png