Üzgüçülük üzrə qış çempionatı keçirildi

24 fevral 2017

23 fevral tarixində Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Su İdman Sarayının təşkilatçılığı ilə üzgüçülük növü üzrə qış çempionatına start verildi və bu çempionat ayın 25-ə kimi davam edəcək. Yarışın əsas məqsədi üzgüçülüyü sağlam idman növü kimi təbliğ etmək, onun kütləvi idman növü kimi yayaılması və inkişafına nail olmaqdır və eləcə də 2017-ci ildə  beynəlxalq yarışlarda, həmçinin  İslam Oyunlarında iştirak edəcək komandanın tərkibinin təyin olunmasıdır.
Üzgüçülük üzrə milli yığma komandasının və Su İdman Sarayının Baş Məşqçisi, Rəşad Əbdülrəhmanov: ”Bu çempionatda 100 idmançı iştirak edir. 600 bal toplayanlar İslam Həmrəyliyi Oyunlarında yarışacaq. Bu idmançılar bu il keçiriləcək beynəlxalq yarışlarda iştirak etmək hüququ qazanacaq.  Düşünürəm ki, uğurlu nəticələrimiz olacaq”. 


Üzgüçülük idman növünün tarixinə nəzər salaq:
Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışan adamın öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup halda üzməsidir.
Köhnə Yunan və Roma sivilizasiyalarında hərbi təhsillə yanaşı, üzgüçülük də yer alırdı. Qədim Yunanıstanda hər zaman üzgüçülük yarışları təşkil edilirdi. Romalılar  hamamlardan başqa, üzgüçülük hovuzları da tikirdilər. Yaponiyada isə məktəblərdə üzgüçülük məcburi olaraq tədris olunurdu.
Əvvəllər yalnız kişilərin qatıldığı yarışlara, 1912-də ilk dəfə qadın üzgüçülər də qoşulmağa başladı. 1900-cu ildə kürək üstü stili və daha sonra 1908-ci ildə isə qurbağa sayağı stil olimpiadalara əlavə edildi. Kəpənək sayağı üzmə isə olimpiadalara ən son əlavə olunan stildir.
Üzgüçülük olimpiada proqramlarına daxil edildi və beləliklə, üzgüçülük üzrə beynəlxalq federasiyanın yaradılması zərurəti meydana çıxdı.  İlk federasiya 1909-da Londonda FINA (Beynəlxalq Həvəskar Üzgüçülük Federasiyası-Federation İnternationale de Natation Amateur) adı ilə yarandı.
Federasiyadan öncə üzgüçülük yarışları aşağıdakı şəkildə təşkil edilirdi: 200 m maneəli üzmə yarışları, bir dirəyə dırmaşmaq və bir neçə qayığın üstündən keçdikdən sonra, bu qayıqların altından üzərək keçmək. Su altında 4000m üzmə ən uzun məsafəyə üzmə hesab  edilirdi.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR