Taha Akgül oyunlara hazırlaşır

7 mart 2017

Qısa arayış: Taha Akgül 1990-cı ildə Sivasda anadan olmuşdur. Ankara-Aski idman klubunun idmançısıdı. Güləşin sərbəst növü ilə məşğuldur. Rio olimpiadasının və Azərbaycanda keçirilən ilk Avropa oyunlarının qızıl medalçısı, həmçinin Avropa və dünya çempionudur.

AİHOƏK İctimai Əlaqələr Şöbəsinin jurnalisti Nərmin Kazımova 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində sərbəst güləş üzrə Avropa və dünya çempionu Taha Akgüldən müsahibə götürmüşdür.  Bu müsahibəni sizə təqdim edirik:

“Biz artıq üç həftədir ki, təlim məşq toplantısındayıq. Burda Bolqarıstan, Azərbaycan, Gürcüstan güləşçiləri bir yerdə yarışlara hazırlaşırlar. Mən Bakı -2015 Avropa  Oyunlarında  və Rioda da qızıl medalın sahibi oldum. İndi məqsədim Bakıda keçiriləcək olan 4-cü İslam Həmrəyliyi Oyunlarında uğur qazanmaqdır.

Güləşə həvəsi olan gənclərimizə tövsiyyəm odur ki, qarşılarına məqsəd qoysunlar və inamla yalnız irəliyə baxsınlar. O ki qaldı Bakı 2017 Oyunlarının dəyərlərinə, mən birliyi seçirəm.  Qoy hər kəs əl-ələ versin, xariqələr yaratsın”.


Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR