Niyaməddin Paşayev: "Taekvonduçularımıza güvənirik"

23 fevral 2017

Milli komandalara nəzarət üzrə vitse-prezident Niyaməddin Paşayevin müsahibəsi.

"Hazırda Taekvondo Federasiyası təlim məşq toplantısındadır. Taekvondo Federasiyası komandasını səkkiz qız və səkkiz oğlan təmsil edir. Ancaq  ağır çəkili qızlardan iki nəfəri zədələndiyinə görə bir az tərəddüd edirik".

"İdmançılarımız həkim nəzarəti altında məşq edirlər. Gündə iki-üç dəfə məşq olur. Məşqlərimiz Taekvondo Federasiyasının inzibati binasında keçirilir və idmançılarımız Qafqaz oteldə qalırlar. İdmançılarımızın düzgün qidalanmağına ciddi şəkildə riayət edilir.  Kişilərdən ibarət komandanın baş məşqçisi Reza Mehmandoust, qızlardan ibarət komandanın baş məşqçisi Elnur Salmanov və böyük məşqçi Rəşad Əhmədovdur. İslam Oyunlarına kimi bir neçə  yarışda iştirak etməliyik və hal-hazırda onlara hazırlaşırıq. Taekvonduçularımıza güvənirik, çünki onlar güclü, əzmli və səbrlidir".

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR