Şahin Atamov ilə Bakı 2017 Oyunlarına hazırlıq

20 fevral 2017
untitled.png

Şahin Atamov 1986-ci ildə, 30 iyulda dünyaya göz açmışdır. Gələcək çempion 8 yaşından karate ilə məşğul olur. 10 yaşından etibarən ölkə çempionatında qalib olan Şahin, qısa müddət sonra beynəlxalq turnirlərdə qızıl və bürünc medalara sahib çıxır.

Şahin Atamov karate üzrə dünya çempionu və Dünya Kubokunun sahibidir. Bununla yanaşı, 2013-cü ildə Sankt-Peterburqda keçirilən 2-ci Döyüş Növləri üzrə Dünya Oyunlarının qalibidir. 2010-cu ildə Belqradda keçirilən dünya çempionatında fərdi şəkildə bürünc medalın sahibi və 2012-ci  ildə Parisdə keçirilən dünya çempionatında fərdi şəkildə gümüş mükafatçısıdır. Ən əlamətdar uğurlardan biri isə 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarındakı gümüş hesab edilə bilər.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png