Red Bull Oyunlara enerji gətirəcək

15 mart 2017
rbst logo aze.jpg

Red Bull sosial media kanalları, mətbuat və marketinq sahələri üzrə qlobal liderlərdən biridir və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını dəstəkləməyə dair saziş imzalayaraq, Oyunların dördüncü rəsmi dəstəkçisi oldu.

Red Bull şirkəti Oyunlar ərzində enerji içkilərinin təchizatçısı olmaqla yanaşı, istər Oyunlar zamanı, istərsə də Oyunlar ərəfəsində keçirilən tədbirlərdə öz məhsulunu bəzi məkanlarda təqdim edəcək. Daha sonra enerji içkiləri istehsal edən şirkət seçilmiş arenalarda tamaşaçılar üçün əyləncələr təşkil edəcək ki, buraya məşhur idmançılar və diceylərlə görüşlərin təşkili də daxildir. Bununla yanaşı, Red Bull, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlərin təşkilini planlaşdırır.

Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin Maliyyə və Kommersiya departamentinin rəhbəri cənab Tom Varvikin şirkət haqqında söylədikləri: “Biz şadıq ki, bütün dünyada tanınmış brend olaraq hər kəsin sevimli içkisinə çevrilmiş Red Bull, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının da rəsmi dəstəkçisi olacaq. Şirkətin yerli komandasının göstərdiyi ruh yüksəkliyi həm Oyunlara qədər, həm də Oyunlar zamanı idmançı və tamaşaçılara yüksək enerji bəxş edəcək.  Bu şirkət nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə tədbirlərin təşviqi və təşkil olunmasında təcrübəlidir. Əminəm ki, Red Bull-un oyunlara qatdığı enerji ilə Bakı 2017 Oyunları uğurla başa çatacaq.”

Red Bull-un Azərbaycanda ölkə üzrə meneceri Rafael Paşayev bu əməkdaşlığın önəmindən danışarkən qeyd edib ki, Red Bull Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi olması ilə  qürur duyur. Rafael Paşayev: “Əminik ki, ölkəmiz üçün böyük əhəmiyyəti olan bu möhtəşəm tədbir yüksək səviyyədə keçiriləcək. Biz Red Bull komandası olaraq Bakı 2017 IV İslam Həmrəyliyi  Oyunlarının həm tamaşaçılara, həm də idmançılara maraqlı olması üçün əlimizdən gələni etməyə hazırıq”.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png