Qadın tennisçilərin mübarizəsində türklər birinci oldu

21 may 2017
AZERTAC
AZERTAC

Tennis üzrə qadın cütlərin mübarizəsi Türkiyə idmançılarının qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, həlledici qarşılaşmada onların rəqibi Özbəkistan tennisçiləri olub. Türkiyə tərəfdən Ayla Aksu-Berfu Cengiz dueti, qarşı tərəfsə isə Sabina Şaripova-Polina Merenkova cütü mübarizə aparıb. İlk setdə 6:3 hesabı ilə qalib gələn türkiyəli raketka ustaları ikincidə rəqibin ciddi müqaviməti ilə üzləşiblər və üstünlüyü çətinliklə əldə ediblər – 7:5.

Bürünc medal uğrunda görüşdə Malayziya təmsilçiləri Cavairiah Noordin-Selva Racu Teiviya dueti Anastasiya Prenko-Cahan Bayramovadan ibarət Türkmənistan duetindən üstün olub – 7:6 və 6:0.

Beləliklə, qadınlar arasında tennis üzrə cütlərin yarışında Türkiyə qızıl, Özbəkistan gümüş, Malayziya bürünc medala yiyələnib.

Qalib və fərqlənənlərə mükafatları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təqdim edib.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR