Özbəkistan və Türkiyə qoşaların finalında qarşılaşacaqlar

20 may 2017

Türkiyə şənbə günü Bakıda İslam Həmrəyliyi Oyunları çərçivəsində tennis üzrə mümkün altı titulun hamısını qazanmaq ümidlərini qoruyub saxladı.
Türkiyəli tennisçilərin dördü də qoşa yarışlarda iştirak edən tennisçilərin finala çıxmasından əvvəl səhər Bakı Tennis Akademiyasında təkbətək yarışlar üzrə yarımfinal mərhələsinə yüksələ bilib.

Türkiyə artıq Bakıda kişi və qadın komandalarında titulları qazanıb.

Ayla Aksu və Berfu Cengiz malayziyalı Cavayriah Nurdin və Teyviya Selva-Racuya müvafiq olaraq 6-3 və 8-6, Altuğ Çelikbilek və İlhan Sarp Agabigün isə mərakeşli Amine Ahuda və Ayub Çakruniyə 6-0 və 6-3 hesabları ilə qalib gəliblər.

Özbəkistanlı Sabina Şaripova və Polina Merenkova Türkmənistan təmsilçiləri Cahan Bayramova və Anastasiya Prenkoya 6-4 və 6-2 hesabları ilə qalib gəlməklə, qadınlar arasında finala yüksəliblər. Onların həmvətənləri Amal Sultanbek və Curabek Karimov isə malayziyalı Mohamed Merzuki və Ahmed Abdul Razakı 6-3 və 6-3 hesabları ilə məğlub edərək kişilər arasında finala vəsiqə qazanıblar.

Keçən il gənclər arasında “Australian Open”in finalına yüksələrək ikinci olmuş 18 yaşlı Karimov qoşa yarışlarda uğurlu çıxışı ilə bundan əvvəl türk Anil Yüksellə təkbətək qarşılaşmada yaşadığı məğlubiyyətin məyusluğunu geridə qoyub.

Özbək cütlük hər iki setdə 3-0 hesabı ilə öndə olmaqla, qələbəni rahatlıqla təmin edib.

Birinci setdə Afrikanın şimalından olan rəqibləri ilə yarışın heç-heçə ilə nəticələnməsindən sonra Çelikbilek və Agabigün kişilər arasında ikinci yarımfinala çıxıblar.
Ancaq hələ günün əvvəlində təkbətək yarışlar üzrə yarımfinala yüksəlmiş Ahuda nümayiş etdirdiyi gözəl texnika ilə Mərakeşin şansları bərpa edəcəyinə ümid yaratmışdı.

Çelikbilek və Agabigün isə birinci setdə nümayiş etdirdikləri oyun tempini ustalığını davam etdirməyə və irəli keçməyə çalışırdılar.

Mərakeşli idmançılar ruhdan düşmüşdülər və Çakruninin həlledici məqamda etdiyi səhv onlara baha başa gəldi. Belə ki, ardıcıl dörd oyun Türkiyənin xeyrinə nəticələnmişdi.
Dünya reytinqində 139-cu yerdə olan Şaripova artıq təkbətək yarışların dörddəbir finalında Bayramovaya qalib gəlmiş və qızıl dubl etməyə bir addım da yaxınlaşmışdı.

22 yaşlı tennisçi Merenkova ilə birlikdə birinci kortda 53 dəqiqəyə qələbə əldə etdi.

İkinci yarımfinalın ikinci kortunda Aksu və Cengiz Nurdin və Selva - Racu cütlüyü tərəfindən güclü müqavimətlə qarşılaşdı və yarış çox sərt keçdi.

Birinci seti cəmi bir brek və 3-1 hesabı ilə qalib başa vuran türklər 13-cü oyunda həlledici atış sayəsində ikinci setdə 8-6 hesabı ilə qalib gəldilər.

Özbəkistan və Türkiyə arasında qoşa yarışlar üzrə final görüşü bazar günü mərkəzi kortda, təkbətək yarışlar üzrə qızıl medal uğrunda görüşlər isə bazar ertəsi keçiriləcək.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR