Nazim Babayev: "Dayanmaq olmaz!"

18 mart 2017
Nazim Babayev.png

Nazim Babayev 1997-ci il 8 oktyabrda Bakı şəhərində anadan olub. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

Nazim Babayev ilk uğurunu 2012-ci ildə qazandı. O, Türkiyədə keçirilən "Yılmaz Sazak Memorialı" yarışında 3-cü yeri tutdu və bürünc medala sahib oldu.

Daha sonra 2013-cü ildə Niderlandın Utrext şəhərində keçirilən Gənclərin Avropa Festivalında 15.53 metr nəticə ilə qızıl medal qazandı.

2015-ci ildə Nazim Babayev önəmli yarışlardan birinə Bakı şəhərində qatıldı. O, I Avropa Oyunlarında iştirak etdi və 16.38 metr nəticə göstərdi. Bu nəticə ilə o, 1-ci yeri tutdu.

Elə həmin ildə digər önəmli yarışda - İsveçdə Yeniyetmələrin Avropa Çempionatında 17.04 metr nəticəyə imza atdı. Bu nəticə ilə o həm qızıl medal qazandı, həm 2016-cı ildə baş tutacaq Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazandı, həm də yeni dünya rekordunun sahibi oldu.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png