Murad Dadaşov könüllülər ilə görüşüb

31 yanvar 2017
DSC_0107.JPG DSC_0094.JPG DSC_0097.JPG DSC_0079-—-копия.jpg DSC_0093.JPG DSC_0101.JPG DSC_0102.JPG DSC_0104.JPG DSC_0108.JPG

Uğurlu adamlar ilə görüşlər seriyasını davam etdirərək, İslam Oyunlarının İdman şöbəsinin könüllüləri Azərbaycan Respublikasının Əməkdar artisti,tanınmış teleaparıcı, kreativ teleprodüsser, aktyor Murad Dadaşov ilə görüşüblər.

O, könüllülərə öz uğurunun necə qazanması yolundan danışıb: "Hər bir sənətdə uğur qazanmaq üçün vicdan, iradə, səbr lazımdır. Mən də öz karyeramı sıfırdan qurmuşam adi bir tələbə idim və ən xırda işlərdən başlamışam. İndi könüllülər üçün gözəl fürsət yaradılıb, onlar Oyunlar zamanı yeni insanlarla tanış olacaqlar, əcnəbilərlə iş təcrübəsini qazanacaqlar, ən əsası isə, onlar anlayacaqlar ki, komanda ruhu nə deməkdir ! Çünki bu, həyatda çox vacibdir".

Murad Dadaşov tələbələrlə onların gələcək planları barədə danışıb.Bəzi gənclərə gələcək karyelarına dair bir neçə önəmli məsləhət verib, hətta bəzilərinə iş imkanlarının yaradılmasında yardım etməyə söz verib.

"Mən çox şadam ki, 4-cü İslam Həmrəyliyi Oyunların könüllüsüyəm. Bizim inkişaf ilə bağlı keçirilən seminarların gələcək iş həyatımıza çox faydalı olacağına inanıram" – bu sözləri İslam Həmrəyliyi Oyunlarının idman şöbəsinin könüllüsü Rafael İbrahimov söyləyib.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png