Bu gün 20 Yanvar faciəsindən 27 il ötür

16 yanvar 2017
3A3A3927.JPG 3A3A3814.JPG 3A3A3937.JPG

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru və Bakı 2017 Könüllülərinin səfiri Elçin Səfərov və Əməliyyatlar üzrə baş direktor Mayk Loynd 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.

“1990-ci il, 20 yanvar tarixi artıq yaşlı nəslin yaxşı xatırladığı, amma əsla unutmayacağı gündür. Bu, keçmiş Sovet İttifaqının qoşun hissələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətdir deyərdim. Yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Bu ağrını insanlar illər keçsə də unutmayacaq. Bu gün uşaqdan böyüyə hər kəs buradadır. Məktəblilər, universitet tələbələri, azyaşlı uşaqlar, bir sözlə heç kəs tarixini unutmur.

Həmin gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox insan qanunsuz şəkildə həbs edildi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu hadisə Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhid adını qazandılar.

Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar hadisəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan köçmüş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Bizim də borcumuz şəhidlərimizi ziyarət edərək onların xatirəsini dərin kədər hissi ilə anmaqdır.” – İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov öz müsahibəsində qeyd edib.

Həmçinin, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının könüllü heyəti də Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə qərənfillər düzüb. Bakı 2017 Könüllüləri hər zaman 20 Yanvar faciəsinin qurbanlarını ziyarət edib onların xatirəsini ehtiramla yad etməyi özlərinə borc bildiyini vurğulayıblar.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png