Milli Olimpiya Komitəsi ISSF-də təmsil olunacaqdır

16 yanvar 2017

"Azərbaycan Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti, ISSF Vitse-Prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri və icraçı direktoru Könül Nurullayeva və Milli Olimpiya Komitəsinin Beynəlxalq proqramlar üzrə mütəxəssisi və İslam Həmrəyliyi Oyunlarının heyət üzvü Mehman Kərimov bu görüşdə iştirak edəcəklər.

Tədbir zamanı 2013-2017-ci illər üçün ISSF yeni heyətinin təyinatı, struktur dəyişikliklər, eləcə də Bakl 2017 Təşkilat Komitəsi tərəfindən 4-cü İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinə dair təqdimatın edilməsi nəzərdə tutulmuşdur.

Həmçinin, Assambleya zamanı, ISSF üzvü olan Milli Olimpiya Komitələri IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi şəhəri müəyyən etmək üçün səs verəcəklər və bu səsvermənin nəticələri əsasında şəhər təsdiqlənəcəkdir. Diqqətinizə çatdırmaq istərdik ki, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan Milli Olimpiya Komitələri IHIT üzvü olmaq hüququna malikdirlər. Təşkilatın administrasiyasının nəzarəti altında, hər 4 ildən bir kişi və qadın atletlər üçün çoxnövlü idmanların daxil olduğu geniş miqyaslı idman tədbirləri keçirilir. Bu tədbir “Islam Həmrəyliyi Oyunları” adı altında tanınır. Hazırda ISSF-in 57 üzvü vardır."

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR