Metexan Başar - Bakı 2015 bürünc mükafatçısı

6 mart 2017
IMG_1323.jpg

Qısa arayış: Metexan Başar Sakaryada doğulub, boya-başa çatıb, orta təhsilini orda alıb. O güləşə olan marağını belə ifadə etdi: Bizim ailə güləşi sevir. Atam həmişə güləşlə məşğul olmağımı istəyirdi. Bizim ailədə əmim də güləşçidir. Onların dəstəyi ilə mən güləşçi oldum.

AİHOƏK İctimai Əlaqələr Şöbəsinin jurnalisti Nərmin Kazımova 4-cü İslam Həmrəyliyi Oyunları ərəfəsində Türk güləşçisi Metexan Başardan müsahibə götürmüşdür.  Bu müsahibəni sizə təqdim edirik:

“Mən bir neçə dəfə yarışlarla bağlı Bakıda olmuşam, amma Bakı 2015 Avropa oyunları yaddaşımda xoş xatirələrə iz qoydu.  Mən Bakı 2015-in bürünc medalçısı oldum.  Oyunlar zamanı Bakını bir daha kəşf etdim. Onsuz da biz qardaş ölkələrik, bunun başqa açıqlaması da yoxdur. Oyunlar zamanı idmançılara xidmət, bir sözlə hər şey yüksək səviyyədə idi. Düşünürəm ki, Azərbaycan istənilən oyunlara ev sahibliyi etmək iqtidarında olan ölkədir.
Hal-hazırda biz öz azərbaycanlı qardaş güləşçilərlə təlim məşqdəyik, Bakı 2017 Oyunlarına hazırlaşırıq. Növbəti həftələr ərzində bir neçə yarışda iştirak etməliyik, sonra Bakıya yola düşəcəyik. 

Bakı 2017 - nin  dörd dəyərindən “birliyi” seçirəm. Hər birimiz birləşək, indiki müharibələri gördükcə çox təəssüflənirəm, Azərbaycanla Türkiyənin daim bir olmasını arzu edirəm”.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png