Marina Durunda ilə müsahibə

14 fevral 2017

Avropa Oyunlarının gümüş medalçısı Marina Sergeyevna  Durunda ilə müsahibə.

- Marina, gimnastika elə bir idman növüdür ki, səbr və həssaslıq tələb edir. Siz bu haqqda nə düşünürsünüz?

- Biz musiqi altında çıxış edirik, çıxışımıza həssas yanaşmalıyıq bu idman bunu tələb edir və ən əsas hər hərəkətimizi tənzimləməliyik. O anda isə sadəcə çıxışımızı və hərəkətlərimizi düzgün tətbiq etməyi düşünürük.

- Gimnastikanın hansı növləri var? Mövcud hərəkətlərin xüsusi mənası varmı?

- Əlbəttə ki , bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, Akrobatika gimnastikası və Aerobika gimnastikası.

 Hər kəs özünə uyğun növü ilə məşğuldur, burda səbr və əhval-ruhiyyənın yaxşı olması gərəkdir. Bədən, ruh, jestlər, üz cizgiləri vacib amillərdir.
Deyərdim ki, idman gimnastikadan başlayır. Biz də gimnastikadan başlamışıq idmana.

- Oyunlara hazırlıq necə gedir? İslam Oyunlarına kimi hansı yarışlar və turnirlər olacaq?

- Məşqlərimiz gündə iki dəfə olur, qeyd etdiyim kimi məşqlərimizi davamlı şəkildə edirik, artıq yeni sezondan yeni proqramla hazırlaşacayıq.

- İslam Oyunlarının Azərbaycanda keçirilməyi və sizin orda iştirakınız barədə nə deyə bilərsiniz?

- Mən Avropa Oyunlarında da çıxış etdim, gümüş medal ilə nəticələndim ancaq bu dəfəki hədəfim qizil medaldır və inanıram ki, bunu doğrulda biləcəm. Oyunlara var gücümlə və istəklə hazırlaşıram.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR