Könüllülərin müsahibə mərhələsinin başa çatmasına sayılı günlər qalır

7 fevral 2017
22.jpg 23.jpg 24.jpg

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Könüllülərlə iş komandası Bakı 2017 Könüllülər Proqramının müsahibə mərhələsini yekunlaşdırmaq üzrədir.

Bakı 2017 Könüllülər Proqramına qeydiyyatdan keçmiş, ancaq müsahibədə iştirak etməyən namizədlər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında saat 10:00-dan - 18:00-dək fəaliyyət göstərən Könüllülər Mərkəzinə yaxınlaşaraq müsahibə mərhələsində iştirak edə bilərlər.

Müsahibədə iştirak edən namizəd seçim mərhələsini uğurla keçərsə, onun qeydiyyatdan keçdiyi elektron poçt ünvanına Oyunlar zamanı icra edəcəyi vəzifə barəsində məktub göndəriləcək və namizəd həmin məktubdakı keçidə daxil olaraq vəzifəsini təsdiq etməlidir.

Nəzərinizə çatdıraq ki, bu günə kimi, 9000 nəfərə yaxın namizədin iştirak etdiyi müsahibə mərhələsi 16 fevral tarixində sona çatır. Odur ki, Baku 2017 Könüllülər ailəsinə üzv olmaq şansını əldən verməyin!

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olmaqla, siz unudulmaz xatirələr, dəyərli təcrübə, işgüzar əlaqələrinizi genişləndirmək və təbii olaraq, yeni dostlar qazanmaq imkanı əldə edəcəksiniz.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png