Könüllülər Çingiz Mustafayev və Palmas qrupu ilə görüşüblər

26 yanvar 2017

8 yanvar tarixində Çingiz Mustafayev və Palmas qrupu Bakı Olimpiya Stadionunun media- mərkəzində İslam oyunlarının İdman şöbəsinin könüllüləri komandasının üzvləri üçün eksklüziv konsert keçirdiblər.

İdman Könüllüləri Oyunlarda əhəmiyyətli rol oynayacaq. Onların əsas vəzifəsi idmançılara hər hansı bir köməyi göstərməsidir.

Tədbirə Çingiz Mustafayev və Palmas qrupu dəvət olunmuşdu.Onlar karyerası barədə, sənətdə addımlarından,əziyyətlərindən, onlarda ilk olaraq işlərində könüllü kimi başladıqlarını və uğur qazandıqlarını söyləyiblər, sonra da könüllülərin suallarını cavablandırıblar.

"Mən sevinirəm ki, ölkəmin belə savadlı bacarıqlı gəncləri var və hər zaman bacardığım qədər onlara dəstək olmağa hazıram" bu sözləri Çingiz Mustafayev tədbirdən sonra söylədi.

Baku2017 könüllüsü Turan Hüseynova: "Bizə yaradılan şəraitə və göstərilən diqqətə görə AİSGOC komandasına təşəkkürümü bildirirəm, bu cür tədbirlər bizi işimizi sevməyə daha da stimul yaradır və dünya görüşümüzü artırır."

İslam Həmrəyliyi Oyunlarının direktoru və könüllülərin səfiri Elçin Səfərov onların marağını yüksək qiymətləndirib. Keçirdiyimiz tədbirlər onlarda liderlik, fərdi inkişaf, motivasiya, ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirir və belə təcrübə onlara gələcək karyeralarında böyük uğura imza atacalarına bir nümünədir.

Bu- AİSGOC-un İdman Şöbəsinin könüllüləri ilə bağlı yeddinci toplantısı idi. Onların əsas məqsədi könüllülərdə motivasiya yaratmaq və onların arasında dostluq münasibəti aşılamaqdır.

Xatırladaq ki, əvvəlki görüşlərdə karate üzrə beş qat dünya çempionu Rafael Ağayev, tanınmış Azərbaycanlı fotoqraf Orxan Aslanov və Azercell, British Petroleum şirkətlərin nümayəndələri iştirak ediblər.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR