Karate üzrə dünya çempionu ilə müsahibə

31 yanvar 2017
_MG_3878.JPG _MG_3872.JPG _MG_3879.JPG _MG_3886.JPG _MG_3871.JPG

Şahin Atamov, yetəri qədər özünü idmanda göstərmiş idmançısınız.Deyərdim ki,bəlli bir yarışların ,turnirlərin qalibi olmusunuz, dünya çempionu adını qazanmısınız.Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesi necə gedir?


İlk olaraq onu qeyd edim ki,artıq 8 yaşımdan bu idmandayam.Yetəri qədər ölkələrdəki yarış və turnirlərdə olmuşuq.Bu bizə artıq idman karyeramızda kifayətdir ki,böyük idman layihələrdinə özümüzü idmançı kimi göstərə bilək .

May ayında keçiriləcək İslam Həmrəyliyi oyunlarına hər bir idmançı istəyər ki ,öz adını yazsın.Hazırlığımız həmişə olduğu kimi yüksək səviyyədə davam edir.

Məşqçilərimizdən Rəhman Hətəmov, köməkçi məşqçi Rəşad Hüseynov,Seymur Hüseynov,Şahin Xudaverdiyev bizimlə ciddi məşğul olurlar.Onu da qeyd edim ki ,Şahin müəllim mənim şəxsi məşqçimdir.Fiziki məşqlərimizdən Oqtay Məmmədov da bizə davamlı olaraq, səhər-axşam olmaqla məşqlər keçirir.


Şahin,səhər-axşam məşqi eynidir?Yoxsa səhər məşqi başqa,axşam məşqi başqadır?


Onu bizim məşqçilər təyin edir,amma davamlı olaraq səhər-axşam məşqi olur. Məşqçilər hansısa yarış öncəsi daha gərgin məşq tələb edirlər.


Oyunlar öncəsi xüsusi proqram varmı?Məşq toplanışları və s.?


Əlbəttə,dediyim kimi məşqçilərimiz nəyi nə zaman edəcəyimizi daha yaxşı bilir. O səbəbdən də məşqçilər tərəfindən oyunlar öncəsi xüsusi proqramlar tərtib edilir,biz də artıq o proqramla davam edirik.

İndi yarışlara təlim məşq toplanışlarına hazırlaşırıq.Nəticə olaraq özümdən çox yaxşı nailiyyət gözləyirəm.


Hər bir insanın,peşə sahibinin peşəsindən savayı sevimli məşğuliyyəti olur.Sizin sevimli məşğuliyyətiniz nədir?


Mən daha çox film izləməyi sevirəm, məna,marifləndirmə yönlü filmləri sevirəm.Məsələn,deyərdim ki, idman psixologiyasına aid filmlər izləyirəm ki,bu da mənə idman karyeramda daha ciddi şəkildə öz müsbət təsirini göstərir.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png