İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi

6 fevral 2017
12.JPG 11.JPG

4 fevral tarixində Şağan idman kompleksində İslam oyunlarına həsr olunmuş El 1 idman yarışı keçirildi.

Yarışı El 1 Federasiyasının prezidenti Elçin Çobanzadə açıq elan edib.

 “ El 1 yarışı şou xarakteri daşıyan idman növüdür. Bu idman növü daha çox mütləq çəkilər olur.Avropada belə yarışlara insanların marağı hədsizdir. Biz  komanda olaraq  federasiyamızın inkişafı üçün bacardığımızı edirik. Bu gün  keçirdiyimiz yarışı məhz İslam oyunlarına dəstək yarışı kimi qiymətləndirdik .”

Yarışda Millət vəkili Ağacan Abiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin rəis müavini Rəşad Əliyev, İslam Həmrəyliyi oyunlarının direktoru Elçin Səfərov iştirak etmişdir.

Ağacan Abiyev – “Bizim idmançılar özlərini olimpiadada sınayırlar, böyük idman yarışlarında sınayırlar təbii ki, hər birindən yaxşı nəticə gözləyirik.”

Rəşad Əliyev – “Bizim idmançıların uğuru, onların nailiyyəti bizim ölkənin adıdır, o səbəbdən də onların kiçik uğuruna belə sevinirəm.”

Elçin Səfərov - “Biz idman  ölkəsi olaraq artıq dünyada tanınırıq, bu gün ölkəmizdə həm idmançılar, həm idman həvəskarları, həm də könüllülərimiz öz bacardıqlarını edirlər. Hər kəs ölkə adına bacardığını edir. Hər kəsə uğurlar arzu edirəm.”

Yarışın sonunda qaliblər mükafanlandırılıb və xatirə şəkli çəkdiriblər.






Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png