İran və Azərbaycan idmançıları suya tullanmada fərqləndilər

21 may 2017
Jorge Guerrero / Baku 2017 / AFP-Services
Jorge Guerrero / Baku 2017 / AFP-Services

İran və Azərbaycan idmançıları suya tullanma yarışlarında uğurlu çıxış edərək qızıl medallar qazanıblar.

İranlı Şəhnəm Nazarpur və Mujtaba Valipur “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla İran bu növdə qızıl medalların sayını 3-ə çatdırıb və suya tullanma yarışlarında ən yüksək əyarlı mükafat sayında liderdir. Ümumi medal sayında isə İran 3-cü yerdə qərarlaşıb.

Azərbaycan komandası isə Olqa Bıkovskayanın sayəsində hesabına daha bir qızıl medal yazıb – o, qadınların 3 metr tramplindən suya tullanma yarışını qalibiyyətlə başa çatdırıb. Bu nominasiyada gümüş medalı türkiyəli Yaprak Seli Kəskin, bürüncü isə indoneziyalı Della Harimurtu qazanıb.

Bıkovskayanın qələbəsindən sonda təşkilatçı ölkə Azərbaycan, 70-i qızıl olmaqla, cəmi 142 medalla mükafat cədvəlində birinciliyini davam etdirir. İkinci pillədəki Türkiyə komandasının hesabında 67 qızıl, 61 gümüş, 50 bürünc medal var.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR