Bakıda Beynəlxalq Könüllülər Günü qeyd olundu

26 yanvar 2017
15370023_1337180476300943_9039329204202464491_o.jpg 15392955_1337178229634501_2256002307262086685_o.jpg 15403627_1337175446301446_7755585329330673846_o.jpg

Hər il Beynəlxalq Könüllülər Günü kimi qeyd olunan 5 dekabr tarixində ölkəmizdə könüllülük fəaliyyətinə maraq oyatmaq və mövcud fəaliyyətlə məşğul olan təşkilatlar arasında həmrəylik yaratmaq məqsədilə Azərbaycanın dörd böyük könüllülük proqramının nümayəndələri Bakıda bir araya gəliblər. Beynəlxalq Könüllülər Gününə həsr olunan, 200-dən çox könüllünün iştirakı ilə keçirilən tədbirdə “Bakı-2017” IV İslam Həmrəylik Oyunları, Formula-1 Azərbaycan Qran-prisi , Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “BİR” Tələbə-Könüllü Proqramını təmsil edən nümayəndələr çıxış ediblər.

Tədbirdə könüllülük fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verilib. Könüllük fəaliyyətinin gənclərin fərdi inkişafında əvəzsiz rol oynadığı və mövcud fəaliyyətin həm də bütün Azərbaycanın gələcəyi üçün atılmış addım olduğu nümayəndələrin çıxışında xüsusi vurğulanıb.

“Bakı-2017” İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov öz çıxışında IV İslam Həmrəylik Oyunlarının özünəməxsus amillərindən birinin məhz könüllülərin oldugunu vurğulayaraq, “Bakı-2017”non könüllülük proqramının gənclərimizin beynəlxalq arenada Azərbaycanı təmsil etməsi üçün əvəzolunmaz fürsət olduğunu qeyd edib və bu fürsətdən yararlanmaqa çağırıb.

Tədbir gənc musiqiçilərin konsert proqramı ilə davam edib. Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı 2017 Könüllülərinin Facebook səhifəsindən izləyə bilərsiniz.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png