İHİF-ın IX baş assambleyasının iclası keçirildi

16 yanvar 2017
14466243991897937396_1000x669.jpg 2.jpg 3.jpg 4.jpg 5.jpg

"Noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının IX Baş Assambleyasının iclası keçirilib.

Tədbirdə 40-dan çox ölkədən 90-dək nümayəndə, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və İSSF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, Federasiyanın İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva iştirak edib. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2017-ci ildə ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunlarında idmançıların unudulmaz anlar yaşayacağına əminliyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Oyunlara hazırlıqla bağlı Təşkilat Komitəsinin yaradıldığını vurğulayan nazir bu Komitəyə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mehriban Əliyeva ölkəmizdə uğurla keçirilən birinci Avropa Oyunlarının və “Eurovision-2012” mahnı müsabiqəsinin də təşkilati işlərinə yüksək səviyyədə rəhbərlik edib.

İSSF-in birinci vitse-prezidenti Hamad Kalkaba Malboum IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə hazırlıq işlərinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını bildirib, birinci Avropa Oyunlarının uğurla təşkili və idmançılarımızın qələbələri münasibətilə təbriklərini çatdırıb. Vurğulayıb ki, İSSF Azərbaycanın bu qurumda fəal iştirakını yüksək qiymətləndirir. Bu, Azərbaycanın idman ölkəsi simasını və dünyada həmrəyliyin təbliği istəyini nümayiş etdirir. O, İSSF-in Azərbaycan hökumətinin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. İclasın gündəliyi səsə qoyularaq təsdiq edildikdən sonra Könül Nurullayeva 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı hesabatla çıxış edib. Diqqətə çatdırılıb ki, IV İslam Həmrəylik Oyunları 2017-ci il mayın 12-dən 22-dək keçiriləcək. O bildirib ki, Azərbaycan IV İslam Həmrəylik Oyunlarını keçirməyə artıq hazırdır. IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək. Bu Oyunların mühüm idman bayramı olacağını vurğulayan İSSF-in İcraiyyə Komitəsinin üzvü idmanın inkişafına böyük diqqət yetirən Azərbaycanın dünyada dostluğu və həmrəyliyi təşviq etdiyini bildirib. K.Nurullayeva təqdimatda Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, “Bakcell Arena”, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və s. isman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Sonra “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib. Assambleyada 2017-ci ildə Bakıda keçiriləcəyi IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan idman növləri, yarışların tarixi və baş tutacağı obyektlərin hazırkı durumu, Atletlər və Media kəndlərinin hazırlıq vəziyyəti, təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat və digər məsələlərlə bağlı müzakirələr aparılıb."

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png