İdmanda qadın

8 mart 2017
marwa amri - tunisia.jpg

Bəzi kişilər belə düşünürlər ki, idman qadınlar üçün deyil. Hazırkı dövrdə bu ifadə heç bir əhəmiyyət daşımasa da, 100 il əvvəl idmanda qadın mümkünsüz bir hal idi. XIX əsrin etik prinsiplərinə əsasən, ancaq kişilər idmana gedə bilərdilər və qadınların idmanda iştirakı münasib hesab olunmurdu. Ancaq hər birimizin yaxşı bildiyi kimi, heç kim qadına “yox” deyə bilməz və dünyamızın bu gözəl varlıqları həmin stereotipləri qırmağı bacardılar. Qadınlar kişilərin ardınca avtomobil yarışlarinda, karate, boks, futbol, güləş və ağır atletikada iştikar etməyə başladılar. 

Qadınların kişilər üçün ənənəvi hal almış mühitlərdə uğur qazanmaları sizcə möhtəşəm deyilmi? Hazırda qadınlar dünya idmanında öz layiqli yerlərini tuturlar. 

Bakı-2017 İslam Oyunlarının idman səfirləri “idmanda qadın” üçün uğurlu bir nümunədir və onlar ictimai fikrə təsir göstərərək bu stereotipləri aradan qaldırdılar.

 

Marva Amri (Güləş, Tunis)

-Mənim adım Marva Amridir və mən Tunisdənəm. Hər kəs məni “Afrikanın kraliçası” adlandırır. Mənin 9-dan çox titulum var. Gənclər arasında Dünya çempionatında bürünc medala, Dünya Güləş Birliyinin 2014-cü il siyahısında birinci yerə, Ərəb ölkələri arasında çempion adına, Aralıq dənizi ətrafındakı ölkələr arasında 2 dəfə çempion adına layiq görülmüşəm. Bu gün mən Olimpiya çempionuyam. Elə bilirsiniz ki, hər şey birdən-birə oldu. Xeyr, icazə verin, öz hekayəmi  danışım:



-Mənim idman karyeram gözlənilmədən başladı. Belə ki, mənim 10 yaşım var idi və dostum yarışlara gedəndə ona qoşulmuşdum. Bir gün qərara aldım ki, onun hərəkətlərini təkrar edim. Bilirdim ki, etdiyim bu hərəkətlər professional idmançının hərəkətləri deyil. Sadəcə olaraq yadımda nə qalırdısa onları təkrar edirdim. Xoşbəxtçilikdən məşqçim bundan xəbər tutdu. Həmin vaxt o, mənim uğurlu gələcəyimin olacağını dedi. O, haqlı idi. 


-Həmin tarixdə mən atamı itirdim. Bu mənim üçün böyük bir itki idi. Çünki biz bir-birimizə çox bağlı idik. Bu məni zəiflətdi və idmandan uzaqlaşdırdı. Ancaq sonradan düşündüm ki, mən uğurlu gələcək quraraq onun ruhunu şad edə bilərəm. Məşqlərimi axsıtmadan gərgin çalışmağa başladım. Hətta indi də onun dəstəyini hiss edə bilirəm. Hər qalib gəldiyimdə bilirəm ki, o, mənə dəstək olur.


-Məşq edəndə və ya döyüşəndə özümdə güc və qüvvət hiss edirəm. Özümü güləşin “kraliça”sı kimi təssəvvür edirəm. Özüm-özümlə qürür duyuram. Ona görə ki, hər kəsin edə bilməyəcəyini edirəm.

 

-Qadınlar bizim dünyanın gücüdür. Əlbəttə ki, hərdən özümüzü zəif hiss edirik, ancaq heç baxt unutmayaq ki, qadın böyük qüvvədir. Böyük arzular edin, məqsədləriniz üçün gərgin çalışın və buna inanın ki, həyatda mümkün olmayan heç nə yoxdur.



Taleen əl-Humaidi (Taekvondo, İordaniya)

-Taekvondoya başlayanda 9 yaşım tamam olmuşdu. Qardaşım Lavrensin məşqlərini izləmək mənə çox heyranedici və maraqlı gəlirdi. Beləcə, mən əl-Faris Akademiyasına daxil oldum və bununla da hər şey başladı.


Öz üzərimdə çox gərgin çalışırdım. Taekvondo və məşqlərlə yanaşı, dərslərimlə də məşğul olur və beləcə gərgin plan üzrə çalışırdım. Bunlara baxmayaraq, idmana ehtirasım daha güclü idi. Bu sevgi mənim uğurlu nailiyyətlərimə əsas səbəb oldu. İlk nailiyyətim Ərəb ölkələri arasında 2013-cü ildə keçirilən yarışda qızıl medal qazanmağım oldu və bu mənim növbəti uğurlarıma yeni yol açdı. Belə ki, Asiya çempionatında bürünc və 2015-ci il Qazaxıstanda keçirilən çempionatda gümüş medallara layiq görülmüşəm. 2016-cı ildə İordaniyada “Ən yaxşı qadın idmançı” adını qazanaraq “Qara süsən” mükafatı ilə təltif olunmuşam.



-Əlbəttə ki, mənim getdiyim yol heç də hamar olmayıb. Çox olub ki, idmanı tərk etmək istəmişəm. 2014-cü il İndoneziyada keçirilən Asiya çempionatında xəsarət almışam. Bunun ardınca 2016-cı ildə keçirilən Asiya Taekvondo çempionatının final döyüşündə xəsarət almışam. Həmin anlarda özümü tamamilə məğlub hiss edirdim. Bu xəsarətlərin nəticəsində fasilə verməyə məcbur oldum. Bu mənim üçün həqiqətən də çətin vaxtlar idi, ancaq ailəmin dəstəyi nəticəsində bunların öhdəsindən gəldim və daha da güclü oldum. 


Hər tatamiyə daxil olanda özümü daha da yaxşı hiss edirdim. Az qala qəhrəman kimi, tam özümə güvən və enerji hiss edirdim. Taekvondo mənim üçün özümü ifadə metodumdu, hisslərimi və emosiyalarımı göstərmək və bununla da  dünya və ya olimpiya çempionatlarına qatılmaq kimi məqsədlərimə diqqət yönəltməyə kömək olurdu. 

Əgər məndən soruşsanız ki, qadını bir sözlə necə ifadə edə bilərəm, o zaman “gələcək” deyə cavab verərdim.  Qadınlar da idmanda çox uğurlar qazanıblar, Gender bərabərliyi bunun üçün çox imkanlar yaradıb. 

Qadınlara məsləhət görərdim ki, idmana qoşulsunlar. Çünki bu özünəinamı artırır, beyni sakitləşdirir. İdmanı sevən bütün gənc qızlara demək istərdim ki, özünüzə həmişə inanın və uğur qazanmağın yolu ancaq gərgin məşqlər və nizam-intizamdır. 


Mary İbrahim əl-Atrash (Üzgüçülük, Fələstin)

-Valideynlərim həmişə mənə güclü olmağımı məsləhət görürdülər. Arzularımın ardınca getməyi, onlara nail olmağı və ən əsası səbirli olmağımı deyirdilər.

Həyatda çətinliklərlə qarşılaşırıq. Bu idmanla məşğul olmaq istəyirəm deyəndə və arzunuzu reallaşdıranda siz heç düşünmürsünüz ki, buna uyğun şəraitiniz olacaq, ya yox.

Həmişə beynəlxaql turnirlərdə iştirak etmək istəmişəm. Təbiidir ki, bunun üçün xüsusi hazırlıqlardan keçməliyəm. Məşqlərimə başlayanda mənə məlum oldu ki, Fələstində Olimpiya yarışlarında qəbul olunan ölçüdə hovuz yoxdur. Bundan əlavə, bizim hovuz müvafiq cədvələ uyğun məhdudlaşdırılmışdı. Bunlara baxmayaraq, mən öz arzumdan vaz keçmədim, çempionatlara qatılmaq və digər idmançılarla mübarizə aparmaq üçün daha da gərgin məşqlər etməyə başladım. 



Ölkəmi beynəlxalq turnirlərdə təmsil edəndə özümlə qürür duyuram, xoşbəxtəm və daha da ilhamlanıram. Yerli turnirlərdə çox və bəzi Ərəb ölkələri çempionatlarında medallar qazanmışam. Digər uğurumu isə Fələstini Olimpiya oyunlarında təmsil edərkən şəxsi rekordumu artıraraq qazandım.



Olimpiya oyunlarının açılışlarında iştirak mənim üçün xoşbəxt an idi. Fələstin milli geyimini geyinmək, insanların bu geyimlə maraqlanması və mənimlə şəkil çəkdirmək istəkləri, bütün dünyaya özüm haqqında, millətimiz, tariximiz haqqında məlumat vermək çox qürurverici idi.

Mən qadınam və inanıram ki, biz idman üçün yaxşı işlər görə bilərik. Bizim cəmiyyətimiz və ailələrimiz məqsədlərimizə çatmaq üçün imkanlar yaradır. Hər bir idmanda müxtəlif cinslərin nümayəndələrinin iştirakı olduqca vacibdir. Qadınlara məsləhətim budur ki, arzularınızın arxasınca gedin. Təslim olmayin, heç bir kəsin sizi geriyə aparmasına imkan verməyin. Çünki biz öz idmanımız və ölkəmiz üçün böyük işlər görə bilərik.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png