İdmançı səfirlərin master-klass töhfəsi

10 mart 2017

13, 14, 15 mart tarixlərində Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc idmançılar və idmana həvəsi olan gənclərə cüdo, güləş və futbol üzrə master-klass mövzusunda silsilə təlimlər verəcəklər.

Master-klass “Domestic Grassroots” proqramının əsas layihələrindən biridir. Layihənin əsas qayəsi Bakı 2017 idmançı səfirləri tərəfindən üç fərqli master-klassın təmin edilməsidir. Master-klasslar idmançı səfirlərimizin yeniyetmə və gənc idmançıları həvəsləndirmək, onlara idman karyeralarında dəstək vermək məqsədi daşıyır.

Üç gün davam edəcək master-klassların iştirakçıları Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi facebook səhifəsindəki müsabiqələrdə qalib gələnlər, idman növü üzrə məşğul olan gənc idmançılar və pərəstişkarlardan ibarətdir.

Yeri gəlmişkən, cüdo üzrə master-klass 13 mart tarixində cüdo üzrə fəxri idmançı səfirlərimiz Rüstəm Orucov və Elmar Qasımov tərəfindən Neftçinin Təlim bazasında keçiriləcəkdir.  Güləş üzrə master-klass 14 mart tarixində çempion və idmançı səfir Hacı Əliyev tərəfindən Olimpiya Güləş Mərkəzində keçiriləcəkdir. Futbol üzrə master- klass isə 15 mart tarixində ikiqat Azərbaycan çempionu və milli yığmanın futbolçusu, eyni zamanda Bakı 2017 İslam Oyunlarının səfiri Ruslan Abışov tərəfindən Bayıl arenasında təşkil ediləcək.

Master-klasslar zamanı gənc idmançılar və idmanla maraqlanan yeniyetmələr və həvəskarlar idmançı səfirlərin praktik məsləhətlərindən yararlanaraq, gələcək karyeralarında uğurlar qazanacaqlar.


Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR