Hacı Əliyev Azərbaycan güləş komandasında liderə çevrilir

20 may 2017
BENJAMIN CREMEL / Baku 2017 / AFP-Services
BENJAMIN CREMEL / Baku 2017 / AFP-Services
BENJAMIN CREMEL / Baku 2017 / AFP-Services

Azərbaycanın üç pəhləvanı şənbə günü sərbəst güləş yarışlarında iştirak edib və onlardan ikisi qızıl medal qazanıb.

Hacı Əliyev (61 kq) və Cəmaləddin Maqomedov (125 kq) qızıl medal, Murtuzəli Rəhmatulla Müslimov (70 kq) gümüş medal, Şərif Şərifov (86 kq) bürünc medallara layiq görüldülər.

Dörd yarış günü ərzində Azərbaycan güləşçiləri ümumilikdə, on beş medal qazanıblar və onların səkkizi qızıldır.

2014 və 2015-ci il dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı Əliyev inamlı çıxışı ilə yerli azarkeşləri sevindirib. Hacı qırğızıstanlı Əlibəy Osmanova 10:0 hesabı ilə qalib gələrək yerli azarkeşlərin alqışını qazandı.

Pakistanlı Əbdül Şahad və iranlı Masud Esmaporjuybari bürünc medalla mükafatlandırıldılar.

Günün ikinci final qarşılaşmasında 70 kq çəki dərəsində Müslimov iranlı Mustafa Hüseynxaniyə məğlub olaraq gümüş medal qazandı.

Türkiyəli Dama Zəfər və bəhreynli Adəm Batırov öz rəqbilərinə qalib gələrək üçüncü yerdə qərarlaşdılar.

Şərif Şərifov 86 kq çəki dərəcəsində bürünc medala layiq görüldü.

Həsən Yazdanişariti İran güləş komandasının hesabına ikinci qızıl medalı yazdırdı, qazaxıstanlı Daulet Şabanbay isə qarşılaşmanın ilk dəqiqələrində Cəmaləddin Maqomedovu məğlub edirdi. Lakin Maqomedov ikinci hissədə öz gücünü bərpa etdi və əzmkarlıqla son saniyələrdə rəqibinə qalib gəldi.

© AFP Services

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR