Gənclər günü könüllülər ilə!

2 fevral 2017

2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Könüllülərlə iş komandasının təşkilatçılığı ilə könüllülər üçün Meqafan Əyləncə Mərkəzində 2-ci Boulinq Çempionatı keçirilmişdir.
Ümumiyyətlə, Çempionatda hər biri 6 üzvdən ibarət olan 12 komanda iştirak etdi.
Çempionatın qalibi “La Familia” adlı komanda oldu. Onların sözlərinə görə, “La familia” italyan dilindən tərcümədə ailə deməkdir və komandanın qələbəsi onların məhz bir ailə kimi güclərini birləşdirmələrinin nəticəsidir.
Komandanın kapitanı, İslam Həmrəyliyi Oyunlarının könüllüsü Vüsət Məmmədov: “Biz bu cür tədbirlərdə yeni dostluqlar qazanırıq, idarəçilik bacarıqlarını inkişaf etdiririk və əlbəttə ki, bir komanda şəklində çalışmağı öyrənirik. Amma biz artıq komanda yox, bir ailəyik!”
Çempionatın sonunda qalib və mükafatçı komandalar hədiyyələrlə təltif olundu.
Qeyd edək ki, 24 dekabr 2016-cı il tarixində On TOP Boulinq Mərkəzində 1-ci Boulinq Çempionatı keçirilmişdi. Könüllülərin boulinqə olan böyük marağını nəzərə alaraq 2-ci Boulinq Çempionatının keçirilməsi də qərarlaşdırıldı.




Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR