Futbol yığmaları məlum oldu

9 mart 2017
sayta shekil.jpg

Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları zamanı futbol idman növündə mübarizə aparan səkkiz komandanın adını ictimaiyyətə elan edir.

Ev sahibi Azərbaycan olmaqla,  Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları futbol idman növündə qələbə uğrunda mübarizə aparacaqlar.  Hər bir futbol komandası 23 yaşına kimi futbolçulardan təşkil olunub, lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 nəfər də heyətin sıralarında oynaya bilər.

Komandalar 2 qrupda mübarizə aparacaqlar. Hər qrupda 4 yığma yer alacaq. İlk iki yeri tutanlar yarımfinala vəsiqə əldə edəcəklər. Ümumilikdə isə turnir 16 matçdan ibarət olacaq. Oyunlar "Bayıl Arena", "Dalğa Arena", Tofiq Bəhramov adına Respublika Stadionu və "AZAL Arena"da baş tutacaq.

Bakı 2017 İdman üzrə Direktor Mark Haniban: “Cəmi 16 matçdan ibarət yarış elə planlaşdırılmışdır ki, komandalar sonuncu mərhələlərdə lazımi vaxt qazanaraq, yarım final və final oyunlara hazırlaşa bilsinlər. Biletlərə tələbatın çox olması gözlənilir. Əminəm ki, Azərbaycan azarkeşləri yalnız öz komandalarını deyil, Bakıya təşrif buyuracaq digər ölkələrin də ulduz futbolçularını dəstəkləyəcəklər.”

Futbol yarışına biletləri 19 mart tarixindən etibarən Bakı 2017 internet səhifəsindən, yaxud Bakının müxtəlif yerlərindəki 12 satış məntəqəsindən əldə etmək olar.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png