Cüdo üzrə Azərbaycan çempionatı keçirildi

17 fevral 2017
CE0A0582.JPG CE0A0583.JPG CE0A0591.JPG

14-15 fevral, 2017 tarixində Bakı İdman Sarayında gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verildi. Bakı İdman Sarayında gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi. Əvvəlcə hakim və yarış iştirakçıları təntənəli surətdə hamının qarşısından keçdi.  Mərasimdə  dövlət rəsmiləri və federasiyanın əməkdaşları çıxış edərək, federasiyanın inkişafından, beynəlxalq yarışlarda idmançılarımızın uğurlarından söz açdılar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ölkə birinciliyinin açılış mərasimi bədii hissə ilə davam etdi.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən, yarışın ilk günündə 45 klubdan 127 cüdoçu (87 oğlan, 40 qız) qüvvəsini sınadı.Yarışın birinci günündə qızlar 44 kq, 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində, oğlanlar isə 55 kq və 60 kq çəki dərəcələrində mübarizə apardılar. Yarışın ikinci günündə 140 cüdoçu medallar uğrunda mübarizə apardı. Ölkə birinciliyinin sonuncu günündə oğlanlar arasında 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq, +100 kq çəki dərəcələrində bütün qaliblər müəyyənləşdi.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png