Cüdo idman növü haqqında bilmədiklərimiz

17 fevral 2017
Judo.png CUDO.JPG

Cüdo idman növü 1882 -ci ildə Yaponiyada  yaranıb. Bu idman döyüş sənətinin təməlini Yaponiyada Olimpiya Komitəsinin ilk prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü  Ciqaro Kano qoyub.

Cüdo - yapon sözüdür və Cü – yumşaq, elastik, Do – isə yol, prinsip anlamını verir. Ciqaro Kano Ciu-Cutsu döyüş növünün əsasında cüdonun əsas qaydalarını, məşq prinsiplərini, mübarizə üsullarını işləyib hazırlamışdır.

O vaxt yaponların milli idman növü sayılan əlbəyaxa silahsız döyüş növü olan ciu-citsu təkcə Yaponiyada deyil, eləcə də əksər dünya xalqları arasında geniş yayılmışdır. Lakin bu idman növü üzrə keçirilən məşğələlər, yarışlar saysız-hesabsız zədələrlə nəticələnirdi. Buna görə də ciu-citsu gənclərin fiziki inkişafına yönəldilmiş idman növü ola bilməzdi. Yaponiya məktəblərindən birində müəllim işləyən Ciqaro Kanon gənclərin fiziki və mənəvi tərbiyəsi haqqında ciddi şəkildə düşündürdü və o belə qənaətə gəldi ki, gənclər zədələnməyə səbəb olmayan idman növləri ilə məşğul olmalıdır. Buna görə də o, Tokio universitetinin həkimi Ervin Bels ilə birlikdə işləyərək, ciu-citsu idman növündə zədələnmələrə, çıxıqlara və sınıqlara səbəb olan fəndləri və zərbələri ləğv etdi və bu yeni idman növünə "Cüdo" adı verdilər. O ki qaldı yeni güləş növünün sirlərinə, bu, Ciqaro Kanonun yaratdığı və dünyada ilk cüdo məktəbi olan "Kodokan"da tədris olunurdu. Kodokan ümumdünya cudo institutu olmaqla, bu gün də dünyanın ən böyük cüdo mərkəzi hesab edilir və yapon milli güləşini bütün dünyada təbliğ edir.

Kano qısa bir müddətdə geniş kütləni  cüdo idman növünə cəlb etmək üçün müxtəlif üsullardan istifadə etmişdir. O, söyləyirdi: “Ən zəif adam belə cüdo fəndlərinin köməyi ilə özündən qat-qat güclü adama asanlıqla qalib gələ bilər”.

Cüdo Federasiyasının meneceri Tural Piriyev müsahibəsində aşağıdakıları vurğuladı: Yeri gəlmişkən, möhtəşəm 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində  cüdo and görmə qabilliyyəti olmayanlar (paralimpiya) üçün Cüdo yarışları 13 may tarixində Heydər Əliyev adına arenada keçiriləcək. Cüdo üzrə həm xanımlar, həm də kişilər 7 çəki dərəcəsində, paralimpiya üzrə isə 3-4 çəki dərəcəsində yarışacaq .  Cüdo üzrə yarışlara 32 ölkədən 255 idmançının  qatılacağı gözlənilir.

Beynəlxalq NTO, İTO hakimləri yerli hakimlərlə birlilkdə yarışlara hazırlığı təmin edəcəklər.

Mart ayında  ölkəmizdə  keçiriləcək Grand Şlam (böyük dəbilqə) yarışında yerli və beynəlxalq idmançılar öz qüvvələrini sınayacaq.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılar 10 may tarixindən başalayaraq, ölkəmizə gələcəklər.
İHOƏK-in cüdo üzrə meneceri müsahibənin sonunda cüdoçuların Bakı 2017 yarışlarında böyük uğurlara imza atacağına ümid etdiyini bildirdi.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png