BP tərəfdaşlıq sazişi imzalayıb

6 fevral 2017
NDA_8216.JPG NDA_8251.JPG NDA_8181.JPG

Bu gün BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşı olmasını nəzərdə tutan saziş imzaladılar.

Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək olmaq öhdəliyinin bir hissəsidir və Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə uzunmüddətli uğurlu tərəfdaşlığa söykənir. O, həmçinin Bakı 2015 Avropa Oyunları və 2012-ci il London Olimpiya və Paralimpiya Oyunları üzrə BP-nin təcrübəsi və sıx əməkdaşlığına əsaslanır.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmağa davam edəcək.

Bundan əlavə, BP şirkəti Bakı 2017 Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq. Bu təşəbbüs çərçivəsində 6000 gənc yalnız Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qazanmayacaq, onlar həmçinin liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qarşısında çıxış bacarıqlarını təkmilləşdirməyə yardım edən geniş təlim proqramından faydalanmaq imkanına malik olacaqlar.

Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru cənab Azad Rəhimov dedi: “Biz məmnunuq ki, BP Bakı 2017 Oyunlarına tərəfdaşlıq etmək və bizə bu Oyunların keçirilməsində fəal surətdə yardım etmək istəyir. BP ötən 25 il ərzində Azərbaycanda idman, mədəniyyət və təhsil sahəsindəki təşəbbüslərə sərmayə qoyan bir şirkət olaraq yüksək nüfuz qazanıb.

Buna görə də, BP şirkəti yalnız könüllülərimizə Oyunlar zamanı lazımi bacarıqlar vermək üçün deyil, həm də onların gələcək karyeralarını qurmalarına kömək etmək üçün nəzərdə tutulmuş Oyunların Könüllük Proqramının həyata keçirilməsində bizə yardım edən mükəmməl tərəfdaş olacaq”.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “2017 bizim üçün əlamətdar bir ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə uğurlu tərəfdaşlığımızın 25 illiyini qeyd edirik. Biz bu gün məmnuniyyətlə elan edirik ki, 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olacağıq və eləcə də Milli Olimpiya və Paralimpiya Komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilədək uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik.

2017-ci il Azərbaycan üçün də möhtəşəm bir ildir, belə ki, onun paytaxtı Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Ölkə üçün əlamətdar olan bu tədbirə qoşulmaqla biz bir daha vurğulamaq istəyirik ki, biz Azərbaycanla birlikdəyik və idman həyəcanını onunla birlikdə qeyd etmək istəyirik. Ölkənin idman potensialının inkişafına dəstək göstərilməsi bizim sosial sərmayələrimizdə prioritet sahələrdən biridir”.

Qeyd edək ki, BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və o, mühüm enerji mənbələrinin təhlükəsiz şəkildə işlənməsi və hasilatı ilə məşğul olur. Azərbaycanda BP şirkəti 25 ildir ki fəaliyyət göstərir, neft və qazın geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə altı böyük layihəni idarə edir.



Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png