“Böyük Dəbilqə”cüdo turniri keçirildi

13 mart 2017
1489316699_foto13.jpg 1489153504_foto3.jpg 1489332222_img_7273.jpg

10-12 mart tarixlərində ümummilli lider Heydər Əliyev adına cüdo üzrə “Böyük dəbilqə" beynəlxalq turniri keçirildi.
Yeri gəlmişkən, turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparırdı.
Yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu oldu. Belə ki, cüdoçularımız millimizin aktivinə 1 qızıl və 2 bürünc medal bəxş etdi.
81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət İsmayılov bütün rəqiblərinə qalib gələrək, “Böyük Dəbilqə"də Azərbaycana qızıl medal qazandırdı. Cüdoçumuz finala gedən yolda Özbəkistan, Moldova, Bolqarıstan və Yaponiya idmançılarını məğlub etdi. Rüfət İsmayılov həlledici görüşdə İran cüdoçusu Səid Mollaei üzərində qələbə qazandı. Mükafatlandırma mərasimindən sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev cüdoçumuzu qələbə münasibətilə təbrik etdi.
73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov, 63 kq çəki dərəcəsində çıxış edən Xanım Hüseynova və 60 kq çəki dərəcəsində olan Orxan Səfərov  bürünc medala sahib oldular.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev isə yalnız finalda uduzdu. Bu çəkidə mübarizə aparan digər təmsilçilərimiz Abdulhaqq Rəsullu və Tural Safquluyev 5-ci oldular.
100 kq-da Elmar Qasımov da həlledici yarışda məğlub oldu. Bu çəkidə digər öncül cüdoçumuz Elxan Məmmədov isə 3-cü yeri qazandı.  Uşangi Kokauru (+100 kq) və Zelim Kotsoyev 5-ci yerə çıxdı.
Xatırladaq ki, ötən günlərdə Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medala yiyələniblər. “Böyük dəbilqə”də ilk 3 yeri tutanlar müvafiq olaraq, 1000, 700, 500, 5-ci pillənin sahibləri 360, 7-ci sırada qərarlaşanlar 260 əmsal xalı qazandılar.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png