Biletlərin satış tarixi açıqlandı

7 fevral 2017

Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi 19 mart ilk biletlərin satışa çıxarılacağı tarixi elan edib.

Ümumiyyətlə, Oyunlar zamanı, 20 idman növü üzrə 500.000-dən artıq biletin satılması nəzərdə tutulur.

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN arasında olacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinə biletlərin qiyməti isə, müvafiq olaraq 20-200 AZN və 10-100 AZN aralığında dəyişəcək.

Bakı 2017 əməliyyat komitəsi 16 yaşına kimi bütün gənc nəsli güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, idman sessiyalarının əksəriyyətinə onlar pulsuz bilet əldə edə biləcəklər.  2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN olacaq.

Bakı 2017 bilet qiymətlərini buradan öyrənin

Qeyd edək ki, Bakı 2017 təşkilatçıları biletləri Bakı 2015 Avropa Oyunlarında olduğu kimi münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcək ki, daha çox ailələr baş tutacaq idman yarışından zövq ala bilsin.

Azərbaycanın Gənclər və İdman Naziri və Bakı 2017 üzrə Baş İcraçı Direktoru, cənab Azad Rəhimov: “Bu gün önəmli bir gündür və 100 gündən az bir müddət ərzində Azərbaycan bütün idman həvəskarlarını unudulmaz tədbirdə salamlayacaq.  Şəhərin hər yerində bilet satışının təşkili Bakı 2017 İslam Oyunlarından gözləntilərin artırılması baxımından mühüm addım hesab olunur. Əslində bilet satışının uğurlu təşkili idman tədbiri qarşısında bizim öhdəliyimizin bir hissəsidir, belə ki, azərbaycanlıların Bakı 2017 İslam Oyunları biletlərinin qiymət strategiyasından razı qalmasını təmin etməliyik”. 
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi internet səhifəsindən və şəhərin müxtəlif yerlərində təşkil olunan 12 satış məntəqələrindən əldə edə biləcəklər. Park Bulvar, Gənclik və 28-Ticarət Mərkəzi (Mall) olmaqla, 3 əsas bilet satışı məntəqəsi fəaliyyət göstərəcək.  Bundan başqa, oyunların keçiriləcəyi  16 yerdə biletlərin satış köşkləri yerləşdiriləcək.


Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
“El-1” İdman Klubunda Bakı 2017 mövzusunda tədbir
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR