"Baku Junior Cup 1" turniri keçirildi

13 fevral 2017

13 fevral tarixində Bakı Tennis Akademiyasında "Baku Junior Cup 1" turniri keçirildi. Bu yarış 13-dən 19-a kimi keçiriləcək. Yarışda 14 yaşa kimi yeniyetmələr çıxış edirlər. Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Latviya, kimi ölkələrin idmançıları da iştirak edəcəklər. 27 fevraldan Mart ayına kimi keçirilən yarışda isə 16 yaşa kimi idmançılarımızın iştirakı gözlənilir. Martda keçiriləcək yarış “Novruz Cup – 1” adlanacaq. Yeniyetmələrimizin iştirakı ilə bu il ərzində bir neçə yarışlar olacaq.
“Federasiyamız İslam oyunlarına hazırlaşır. Oyunlarda ölkəmizin layiqincə təmsil edilməsi üçün kifayət qədər peşəkar idmançılarımız var və onların oyunlarda iştirakı nəzərdə tutulur. Hal-hazırda isə hazırlıqlar gedir, həmçinin İslam oyunlarına hazırlaşan idmançılarımız bir neçə turnirdə iştirak edəcəklər. İnanıram ki, İslam oyunlarında idmançılarımızın yaxşı nəticəsi olacaq.” Bu sözləri müsahibəsində Tennis Federasiyasının baş məşqçisi Yalçın Manaflı söyləyib.

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR