Könüllülər Farid Novruzi ilə görüşdülər

26 yanvar 2017
DSC_0038.jpg DSC_0041.jpg DSC_0052.jpg DSC_0055.jpg DSC_0063.jpg

IV İslam Həmrəyliyi Oyunlarının İdman şöbəsinin könüllüləri tanınmış iş adamı, Novco Şirkətlər Qrupunun prezidenti Farid Novruzi ilə görüşdülər.

İşgüzar mühitdə uğurlu layihələri ilə tanınan, Fərid Novruzi öz uğur düsturunu könüllülər ilə bölüşüb. Onun sözlərinə görə, ən böyük arzusu kiçik pul məbləği ilə böyük arzularını yerinə yetirmək olub.

Allaha və özünə inam, ailə dəstəyi ona indiki uğurlar qazanmağa kömək edib. Sıfırdan satıcı işləyən biri, bu gün ölkəmizin ən böyük geyim pərakəndəçisidir. Bu gün şirkət 41 brend mağazanı təmsil edir. Onlardan 38-i Bakıda, 3-ü isə Gürcüstanda yerləşir. Şirkət özündə United Colors of Benetton, Benetton Kids, Sisley, OVS, MEXX, MANGO, Hackett London, Tara Jarmon, BCBGMAXAZRIA, Accessorize və s. kimi dünyanın tanınmış brendlərini birləşdirir.

“Mən belə tədbirlərdə, seminarlarda çox iştirak edirəm yəni dəvət edirlər mütləq şəkildə qatılıram. Könüllü sözü hər hansı bir yolda başlanğıc deməkdir. Artıq neçə illərdir, gənclərlə görüşürəm, onlarla çox maraqlı söhbətlərimiz olur.

Bu gün də İslam Oyunlarının idman könüllüləri ilə görüşdüm, çox yaxşı abu - hava var idi. Ölkəmizin belə böyük möhtəşəm layihəsində gənclərimizin iştirakı sevindirici haldır.

Maraqlı ideyaları var, sualları fərqlidir hər birinin istəyi var, əsas odu istədikləri sevdikləri işdə sonuna kimi getməyi tövsiyyə edirəm”, - bu sözləri tədbirin sonunda Novco Şirkətlər qrupunun prezidenti Farid Novruzi bildirib.

Tədbirin sonunda Farid Novruzi könüllülərə Novco Şirkətlər qrupunun hədiyyə kartını təqdim etmişdir.

“Mən könüllü Emil Abstryajkin İslam Həmrəyliyi Oyunlarının idman şöbəsinin könüllüsüyəm, və sevinirəm ki, belə layihədə mənim də adım var.

Layihədə komanda şəklində işləməyimiz bizə yaxşı təsir edir. Əsas odur ki belə layihədə, inkişaf edirik, dünya görüşümüz artır. Mən, məsələn, gələcəkdə restoran biznesi ilə məşğul olmaq istəyirəm. Qonağımız olan Fərid Novruzi mənə nədən, necə başlamaq lazımdır məlumat verdi yönləndirdi. Belə görüşlər bizə karyeramızda irəli getməyə kömək edir”.

Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png