Bakı yarışlarında ulduzu parlamış 4 idmançı

22 may 2017

AFP-Services Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ulduzu parlamış idmançılarla daha yaxından tanış olub. Onları hamılıqla tanıyaq.

MARİNA DURUNDA (AZE) – bədii gimnastika

Azərbaycan atleti M.Durunda bir neçə qızıl medal qazanmaqla nəyə qadir olduğunu göstərdi. O, üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla ümidləri doğrultdu.

Marina 19 yaşlı Jalə Piriyeva ilə səylərini birləşdirərək komanda yarışlarında qələbə çaldı. 2016-cı il Rio olimpiadasından sonra zədə ilə əlaqədar uzun müddət  böyük yarışlarda iştirak edə bilməyən gimnast halqa və lentlə hərəkətlərdə qızıl, gürzlərlə çıxışda gümüş, topla isə bürünc medal əldə edib.

"Bilirəm ki, daha yüksək nəticə əldə edə bilərdim. Amma bu göstəricilərlə də çox xoşbəxtəm", - deyən Durunda fikirlərini belə tamamlayıb: "Aldığım zədədən sonra bərpa prosesinə çox vaxt və enerji sərf etdim. Bununla belə, narazı qalmağa əsas görmürəm".

Cərrahi əməliyyatdan sonra özünü hələ də tam yaxşı hiss etməyən Durunda bu günlərdə Budapeştdə keçirilən Avropa çempionatında yaxşı çıxış edib və halqa ilə hərəkətlərdə finala çıxıb. Yeni proqramlar üzərində işləməyə vaxtı olacağından Durunda avqustun 29-da İtaliyada startı veriləcək dünya çempionatında daha yüksək nəticə əldə edəcəyinə inanır.

VİKTORİYA ZEYNEP GÜNEŞ (TUR) – üzgüçülük

“Bakı-2017”nin üzgüçülük yarışlarında möhtəşəm çıxışları ilə diqqət çəkənlərdən danışsaq, 5 qızıl medal qazanmış türkiyəli Yekaterina Avromovanın, Azərbaycana 4 çempionluq gətirmiş Maksim Şemberevin, həmçinin əlcəzairli Suad Nefissa Çeroatinin adını çəkə bilərik. Lakin bu növdə parlayan ulduz Türkiyənin 18 yaşlı idmançısı Viktoriya Zeynep Güneşdir.

Böyük sensasiya yaratmış bu atlet fərdi yarışlarda 4 titul – 100 və 200 metr məsafəyə arxaüstə üzmədə, eləcə də 200 və 400 metr məsafəyə qarışıq üzmə yarışında, həmçinin qarışıq 4x100m sərbəst üsulla üzmədə birinci olub, yalınız 50 metr məsafəyə arxaüstə üzmədə gümüşlə kifayətlənib. Yaxşı perspektiv vəd edən türkiyəli üzgüçünün Budapeştdə keçiriləcək dünya çempionatında da özünü göstərəcəyi proqnozlaşdırılır.

Durunda kimi, Güneşdə hər şeyin yaxşı olduğunu deyir: "Bakı yarışlarında mənim çıxışlarım gündüz saatlarına, günortaya təsadüf edirdi. Ona görə istirahətə daha çox vaxtım qalırdı".

Türkiyənin Bakıda üzgüçülük yarışlarında ümumilikdə 26, qadınlar arasında isə 17 qızıl medalla liderlik etməsində böyük rola malik Güneş ölkəsinə ilk dünya çempionatı medalını qazandırmaq niyyətindədir.

RAMİL QULİYEV (TUR) – atletika

Kişilər arasında qaçış yarışlarında əsas diqqət Qatarın Asiya rekordçusu Femi Oqunodeyə yönəlsə də, Azərbaycan əsilli Türkiyə idmançısı Ramil Quliyev 100 və 200 metr məsafələrə qaşışda rəqiblərindən üstün olduğunu sübut etdi. 2016-cı il Avropa çempionatında 100 metr məsafəyə qaçışda gümüş medal qazanmış Quliyev Bakıda karyerasının ən böyük qələbələrindən birini qazandı.

26 yaşlı idmançı 100 metr məsafəyə qaçışda bəhreynli Endrü Fişeri geridə qoydu – 10,06 saniyəlik nəticə ilə o, şəxsi rekordnu da yeniləmiş oldu. Bununla kifayətlənməyən Quliyev 200 metr məsafəyə qaçışda Qayana atleti Uinston Corcdan sürətli olmaqla, 20,08 saniyə nəticə ilə İslam Oyunlarında ikinci qızıl medalını qazandı.

Türkiyə komandasının 4x100 metr məsafəyə estafet qaçışında Bəhreynə məğlub olması isə Quliyevi üçüncü çempionluqdan məhrum etdi.

Sprinterlər arasında qadınların 100 metr məsafəyə qaçışında qələbə çalmış qambiyalı Cina Bassı, qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış və 5000 metr məsafəyə qaçışda birinci olmuş Rut Cebet nə qədər xüsusi qeyd edilməyə layiq olsalar da, Ramil Quliyev onlardan bir addım öndə oldu.

RUSLAN LUNYOV (AZE) – atıcılıq

Azərbaycan atıcılıq yarışlarını, 6-sı qızıl olmaqla, 10 medalla başa vurub və bu nailiyyətdə Ruslan Lunyov xüsusi rol oynayıb. Bakılı atıcı 25 metr məsafədən tapança ilə atəşaçma, 25 metr məsafədən tapança ilə sürətli atəşaçma, 25 metr məsafədən standart tapança ilə atəşaçma, 25 metr məsafədən pnevmatik tapança ilə atəşaçma, eləcə də qarışıq komanda halında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışlarında qızıl medal qazanmaqla İslam Həmrəyliyi Oyunlarında təkbaşına 5 titul qazandı.

"Açığı, 5 qızıl medal qazanacağımı gözləmirdim. Ümumilikdə 2-3 medal qazana biləcəyimi düşünürdüm. Ancaq 5 qızıl...  Bu möhtəşəmdir", - deyə 2004-cü il olimpiadasının bürünc mükafatçısı İradə Aşurovanın oğlu olan Lunyov bildirib.

O, qarışıq komanda halında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışlarında əldə etdiyi qızıl medalı isə xalası qızı Nigar Nəsirova ilə birlikdə qazandığı üçün daha qiymətli hesab edir: "Nigar xalam qızı olduğu üçün onunla əldə etdiyim sonuncu qızıl medal mənə xüsusilə dəyərlidir.

Onunla bir neçə ay əvvəl Avropa çempionatında üçüncü olmuşduq, indi isə bu qədər auditoriyanın, doğma publikanın gözü qarşısında birinci yeri tutduq. Bu, çox gözəl hiss idi".

© AFP Services

Azərbaycan komandası medal cədvəlində birinci oldu
Azərbaycan İslam Oyunlarını qələbə ilə başa çatdırmağa hazırlaşır
Azərbaycan və Türkiyənin “medal savaşı” davam edir
Azərbaycan və Türkiyə medallar cədvəlinə liderlik edirlər, İran isə üçüncü yerdədir
İslam Həmrəyliyi Oyunlarının 5-ci günündə medal bölgüsü
Azərbaycan və Türkiyə liderliklərini qoruyur
Azərbaycan və Türkiyə medal cədvəlinə başçılıq edir
Türkmənistan və Fələstin komandaları arasında baş tutacaq kişilərarası volleybol yarışı ləğv edilib
Azərbaycanın hədəfi birinci yerdir
Bakı İki il sonra İslam Həmrəyliyi Oyunlarını təkbaşına təşkil edəcək
Kamerun komandası Bakıda qızıl medal uğrunda mübarizə aparır
İdman obyektlərinə əlçatanlıq tam şəkildə təmin ediləcək
Azərbaycan Oyunların açılış mərasimi həftəsinə böyük ümidlər bəsləyir
İlk komandalar artıq Bakıya gəlir
Kamerun Oyunlardan yüksək nəticələr gözləyir
Bəhreyn Oyunlarda üç idman növündə təmsil olunacaq
Qayana qızıl medallar üçün Georgiyə inanır
Malayziya nəticələrdən çox təkmilləşməyə fokuslanır
Vətən Bakıda qələbəyə ümid edir
Azərbaycan Oyunlarda rekord sayda medal qazanmağa ümid edir
İordaniya döyüşlərdə uğur qazanmaq niyyətindədir
Həmrəylik Oyunları Bakı üfüqünə gəlir
Oyunlar gənc rəssamların gözü İlə
İdmançılar üçün "Skype zonası" təqdim ediləcək
Bakı İslam Həmrəyliyi Oyunlarına hazırdır
Bulvarda möhtəşəm tədbir keçirildi
Bakı 2017-yə dair reklam filmi çəkilib
İştirakçılar və KİV nümayəndələri vizasız gələ biləcəklər
Bakı-2017 flaşmob
“İrəli” İctimai Birliyi Oyunlara dəstək oldu
Oyunlar 34 ölkədə yayımlanacaq
Bakı 2017 komanda idman növləri üzrə püşkatma nəticələrini elan edir
Bakı 2017 Oyunlarının medalları təqdim edildi
Mart soyqırımının tarixi
Mətbuat akkreditasiyasından keçmə müddəti uzadıldı
Diplomatik brifinq təşkil edilib
İdmanda qadın
5 Mart - İdman günü qeyd olunur
5 mart münasibətilə turnir keçirildi
Rəsmi formalar nümayiş edildi
Bakı 2017 Oyunlarında antidopinq nəzarəti təmin ediləcək
Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib
Biletlərin satış tarixi açıqlandı
Gənclər və İdman naziri Azad Rəhimov ilə müsahibə
İslam Oyunlarına həsr olunmuş El 1 yarışı keçirildi
100 günün hökmü!
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Baş məşqçisi ilə müsahibə
Ceyn Pirs: AZƏRTAC ilə müqavilənin imzalanması Oyunların təbliğində mühüm başlanğıcdır
Bakı 2017 Mərasim İştirakçıları üçün qeydiyyat artıq başa çatıb
Bakı 2017 Oyunları Milli Olimpiya Komitələri üçün Açıq Gün keçirir
Mehriban Əliyevaya Avropa Olimpiya komitələrinin ali ordeni təqdim edilib
4-cü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsi
IV İslam Həmrəylik Oyunları barəsində imzalanmış müqavilə
Xəbərlər
Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR