Bakı 2017 Təcrübə Proqramını elan edir

13 fevral 2017

Bakı 2017 Təcrübə Proqramını elan edir

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi Təcrübə Proqramını elan edir. Təcrübə proqramının əsas məqsədi dil bilikləri olan şəxslərin 4-cü İslam Həmrəyliyi Oyunları zamanı Milli Olimpiya Komitəsi və Protokol sahəsində işləyərək təcrübə qazanmalarına şərait yaratmaqdır.

Proqrama qoşulmaq üçün əsas tələblər aşağıdakılardır:
• İngilis, Fransız, Fars, Ərəb, Urdu, Puştu, Kürd, İndoneziya, Benqal, Özbək, Malayziya, Qazax, Qırğız, Türkmən, Alban, Tacik və Portuqal dillərindən birini bilmək ( əla səviyyədə);
• Gülərüz, səbrli, yüksək ünsiyyət qurmaq;
• Beynəlxalq mühitdə işləmək;
• Gərgin iş rejimində işləmək;
• Komanda ilə işləmək bacarığı.


Öhdəliklər:
• Əməliyyat Komitəsi və Milli Olimpiya Komitələri / Protokol üzvləri  arasında ünsiyyət yaratmaq;
• Milli Olimpiya Komitələri və Protokol üzrə nümayəndə heyətlərinin qarşılanması;
• Xarici nümayəndə heyətinə tərcümə xidmətlərinin göstərilməsi;
• Yaranan sualların cavablandırılması, problemlərin həlli;
• Digər departamentlərlə sıx işgüzar münasibət qurmaq.
           
İş vaxtı: 10-22 May 2017-ci il
Bu ödənişsiz təcrübə proqramıdır.
Təcrübə proqramının sonunda təcrübəçinin fəaliyyətinə əsasən yazılı rəy və sertifikat veriləcək.
Təcrübə proqramında iştirak etmək istəyən hər bir şəxs CV və Şəxsiyyət Vəsiqəsinin ikitərəfli sürətini internship@baku2017.com ünvanına göndərə bilər. Mövzü hissəsində “Bakı 2017 Təcrübə Proqramı” qeyd etməyiniz xahiş olunur.


Müraciət üçün son tarıx: 20.02.2017

Rəsmi tərəfdaşlar
RƏSMİ DƏSTƏKÇİLƏR