Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib

15 fevral 2017
hashtag post.png

Bu   ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına icitimaiyyətin diqqətini daha çox cəlb edib, onları bu oyunlar haqda daha geniş məlumatlandırmaq məqsədi ilə, Bakı 2017 Oyunlarının rəsmi heşteqləri elan edilib.

Təqdim olunan  heşteqlərin hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib heşteqlerin yerləşdirilməsi kifayətdir.

Belə ki, ən maraqlı şəkillər seçilərək Bakı 2017 Oyunlarının Facebook səhifəsində (@Baku2017) paylaşılacaq.

Heşteqlerin daşıdığı mənalara gəldikdə:

#Baku2017 – Bakı 2017 Oyunlarına dair hər bir şəkilə və ya videoya şamil edilə bilər

#TeamSolidarity – heşteqi Bakı 2017 Oyunlarının könüllülərinə şamil olunur


#BakuMascots – heşteqi Bakı 2017 Maskotları olan Qarabağ atları İncə və Cəsur üçün nəzərdə tutulur

#Baku2017Tickets – Bakı 2017 Oyunları biletlərinə şamil olunur

#DiscoverBaku – heşteqi gözəl Bakımızı kəşf edən hər kəsə şamil olunur

#MyBaku2017 – Bakı 2017 Oyunlarının ən interaktiv heşteqidir. En maraqlı paylaşım etmiş istifadəçinin bölüşdüyü şəkil və ya video Bakı 2017 Oyunlarının Facebook səhifəsində müəllif qeyd olunmaqla yerləşdiriləcək.

Qeyd edək ki, Bakı 2017 Oyunları hamını Bakı 2017 Facebook və İnstagram səhifələrini izləməyə çağırır. Belə ki, önümüzdəki günlər ərzində bu səhifələrdə bir çox maraqlı, interaktiv oyunlar keçiriləcək və qalib gələn şəxslər müxtəlif hədiyyələr qazanacaqlar.


Rəsmi tərəfdaşlar
microplus.png bp.png
RƏSMİ DƏSTƏKÇİLƏR
C:\Users\Artunj.Behbudlu\Desktop\iTicket.az Logo Vector-01.png fresco.png milla-logo.png C:\Users\Artunj.Behbudlu\Desktop\RMH000_DotCOM_pix_hor_RGBp.png